Bolşevik müstəntiqinin gözünü qələmlə ovan şuşalı igid

İzahatı alınan zaman bolşevik müstəntiqinin gözünü qələmlə ovan igid Müsavat əsgəri Dadaş Əbdül oğlu Həsənzadə 1897-ci ildə Şuşa şəhərində tacir ailəsində anadan olub. 1919-ci ildə Müsavat Partiyasının üzvü olub. 1920-ci ildə Azərbaycan dolşevik Rusiyasının ordusu təəfindən işğal olunduqdan sonra Müsavat Partiyasının, gizlin fəaliyyət görsədən gizli təşkilatının ən fəal üzvü olub. 1920-ci ildə bütün əmlakı bolşeviklər tərəfindən müsadirə olunub.

1922-ci ildə gizli təşkilatın ən uğurlu əməliyyatlarından biri olaraq M.Ə. Rəsulzadənin Finlandiya sərhədindən Avropaya qaçırılmağına köməkliyində iştirak edib.1923-cü ildə Müsavat rəhbərliyinin tapşırığı ilə Tiflisə ezam olunub. Orada Gürcü monşevikləri ilə birgə Sovet rejiminə qarşı üsyan hazırlamaq haqda razılığa gəlmişlər. 

11 mart 1926-cı ildə gizli təşkilatın rəhbəri Dadaş bəy Həsənzadə və silahdaşları həbs edilərək rusiyanın şimalına Solovki düşərgəsinə sürgün edilirlər. Dadaş bəy Həsənzadə 28 Yanvar 1927-ci ildə həmin düşərgədə güllələnib.

Allah rəhmət etsin.

18:39