BMT-nin Baş katibi Qarabağ münaqişəsi tərəflərinə müraciət etdi

BMT-nin Baş katibi Antoniu Quterriş sentyabrın 26-da BMT Baş Assambleyası zamanı ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə baş tutmuş Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünü alqışlayır.

Xudaferin.eu xəbər verir ki, bu barədə BMT Baş katibinin rəsmi nümayəndəsinin yaydığı bəyanatda deyilir.  

Sənəddə qeyd edilir ki, Baş katib həmsədrlərin son günlər səsləndirilən bəyanatlar və Azərbaycan-Ermənistan sərhədi və təmas xətti boyu baş verən toqquşmalar səbəbi ilə narahatlıqlarını bölüşür. 

O bir daha həmsədrlərin vacib vasitəçilik səylərini tam dəstəklədiyini bəyan edir və tərəfləri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olmaq üçün qarşılıqlı inamın artırılması və zəruri siyasi iradənin möhkəmləndirilməsi məqsədi ilə addımlar atmağa çağırır.

Xudaferin.eu

10:52