BMT-dən Qarabağ münaqişəsi tərəflərinə - ÇAĞIRIŞ

BMT-nin baş katibi Antonio Quterreş Ermənistan və Azərbaycanı Dağlıq Qarabağ probleminin dinc yolla nizamlanması üzrə səyləri fəallaşdırmağa çağırıb.

Xudaferin.eu-nun xəbərinə görə, Antonio Quterreşin bəyanatı təşkilatın rəsmi saytında yerləşdirilib.

Baş katib ATƏT-in Minsk qrupunun tərəfləri təmas xətti boyunca istənilən potensial eskalasiyanın qarşısını almağa və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə səyləri fəallaşdırmağa çağıran bəyanatına qoşulduğunu bildirib.

Antonio Quterreş tərəfləri Dağlıq Qarabağ münaqişəsi zonasında gərginliyin artmasına yol verməməyə çağırıb.

Xudaferin.eu

11:47