BMT Baş katibinin xüsusi nümayəndəsinə qarşı sui-qəsdin üstü açılıb

 

Mançesterdə partlayış törətmiş terrorçunun kiçik qardaşı BMT-nin Baş katibinin xüsusi nümayəndəsinə qarşı sui-qəsd hazırlayıbmış.

Bu barədə İngiltərinin ba.kəndi Londonda nəşr olunan “Telegraph” qəzeti məlumat yayıb. Xəbərə görə, Haşim Abedi və iştirak etdiyi terror qruplaşması BMT missiyasının rəhbəri Martin Koblerə onun 2017-ci ilin əvvəlində Tripoliyə səfəri zamanı hücum etməli idi. Hüquq-mühafizə orqanları bir neçə ay Abedini izləyib və terrorun qarşısını almaq mümkün olub. Haşim Abedi Mançesterdəki qardaşından gələn 3,2 min dolları almaq üçün banka gedərkən həbs olunub. Hazırda Britaniyanın Mİ-6 kəşfiyyat xidmətinin əməkdaşları Liviyada təhqiqatlar aparırlar.

Qeyd edək ki, mayın 22-də Mançesterdə konsert zalında baş verən partlayışda 22 nəfər ölüb, 66 nəfər yaralanıb. Ölənlərin 12-si uşaq olub, 23 yaralının vəziyyəti ağır qiymətləndirilir. Partlatışı terrorçu-kamikadze törədib.

Xudaferin.eu
“Avropa Bürosu”

09:33