Bizi bağışla, Qarabağ...

Bilirəm bizdən küsmüsən... Haqqın var... Zamanında sənin qədrini qiymətini bilmədik... Sənin kimi gözəli qoyub gedib yad ölkələrin gözəllikləri ilə sevişərdik...
Elə bilirsən səni unutmuşduq?... Əsla bir an səni unutmadıq, sadəcə səni gözü götürməyənlərin, düşmənlərin çox idi, daşıyır olub düşmüşdün bir çox Dövlətlərin başına...

Xainlər həm dışarda, həm içimizə bizi diri - diri yeyirdilər...

Gece gündüz səni xəyallarında yaşadan Azərbaycan əsgəri gəlir, çıx qarşıla...

Şəhid balalarını bağrına bas, yaralarına məlhəm ol... Axı Sən həmişə bizə vəfalı olmusan, bizə dahilər yetirmisən...

Bundan sonra səni Ana kimi, bala kimi sevərək göz bəbəyi kimi qoruyacağıq...

Bizi bağışla, Qarabağ...

Elman Mustafazadə

Xudaferin.eu

13:43