“Bitməyən savaş” adlı tədbir-sərgi

 

Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında keçən ilin aprelində baş verən döyüşlərə həsr olunan “Bitməyən savaş” adlı tədbir-sərgi keçirilib.

Muzeyinin direktoru Fəridə Şəmsi, Milli Məslinin deputatı Hikmət Babaoğlu, jurnalist Aida Eyvazlı və başqaları aprel döyüşləri zamanı əsgərlərimizin göstərdikləri igidlikdən söhbət açıblar. Bildirilib ki, Azərbaycan Silahlı Qüvvələrinin birləşmələri Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəklikləri, eləcə də Seysulan məntəqəsini azad edib, Füzuli rayonu istiqamətində yerləşən “Lələ təpə” adlandırılan yüksəkliyə nəzarəti ələ keçirib, Ağdərə-Madagiz istiqamətində yolların nəzarətdə saxlanılmasını təmin ediblər.

Çıxış edənlər aprel döyüşlərindəki qələbənin böyük qələbəmizin başlanğıcı olduğunu vurğulayıblar, Azərbaycan xalqının mübarizliyindən, Ordumuzun şücaətindən danışıblar.

Sonra Aida Eyvazlı müəllifi olduğu “Qalibiyyət. Şahidlər və şəhidlər” adlı kitabını muzeyə təqdim edib. Tədbirdə “Bitməyən savaş” adlı kompozisiya nümayiş olunub. Sonda tədbir iştirakçıları 2016-cı il aprel döyüşlərində həlak olan Əbdülməcid Axundov, Fəxrəddin Qurbanlı, Samid İmanov, Müşfiq Orucov, Orxan Müstəcəbov, Vüqar Yusifov, Murad Mirzəyev, Raquf Orucov və Pəncəli Teymurovun əşyaları nümayiş olunan sərgiyə baxıblar.

Xudaferin.eu

19:15