BİR DAHA İRAN DÖVLƏTİ HAQQINDA

 

Bu gün dünyanın başının bəlasına çevrilən İran dövləti əslində öz varlığını İngiltərə və yəhudilərə borcludur. İndiki İran dövləti süni şəkildə uydurma tarixi baza yaradılaraq, 1925-ci ildə çevriliş yolu ilə yaradılan fars İran dövləti, əslində bugünkü adı və mənşəyi ilə bir əsirlik ömrə belə malik deyildir. Həmin dövlət Rza şahın rəsmi müraciəti ilə İran dövləti adlandırılmışdır. Lakin nə indiki İran ərazisinin adı İran olmuşdur, nə də burada danışılan dilin adı fars dili. Fars (əslində tacikləşmiş etnos) etnosu əsasında İran üçün yazılan 2500 illik tarixin isə onlarla heç bir əlaqəsi yoxdur. Çevriliş yolu ilə İngiltərə tərəfindən hakimiyyətə gətirilən İran tacik dövlətinin tarixi 1925-ci ildən başlanır.

İngiltərə hələ XIX əsr və hətta daha öncədən həmin dövr üçün öz müstəmləkəçilik mənafeyinə uyğun olaraq, başqa-başqa mədəniyyətləri bir-birinə bağlamaqla yaradılacaq İran dövləti üçün tarixi baza yaratmışdır. Təsadüfi deyil ki, indiki fars dövləti olaraq İran dövlətinin heç vaxt özü olmadığı kimi, yazılı tarixi də olmamışdır.1 Ona görə də İrana aid ilk tarixi əsərləri də İngilis məmurları, o cümlədən Con Melkom uydurmalarla yazmışdır. Qeyd etdiyimiz kimi, 1925-ci ilə qədər indiki İran adlanan ərazi heç vaxt rəsmi şəkildə İran adlanmamışdır. Bunu qədim və orta əsr müəlliflərinə aid xəritələrə, o cümlədən Mahmud Kaşğarlının “Divani Lüğat-Əttürk” əsərində verdiyi xəritədən də görmək mümkündür.2 Yalnız bu ərazidə min illiklərlə dövlət quran türk sülalələri mifik İran-Turan anlayışından əhalini xarici düşmənə və çox hallarda rəqibləri olan digər türk dövlətinə qarşı müdafiə ideologiyası formalaşdırmaq üçün istifadə etmişlər. Yəni əslində Elxanilərdən bu yana başlanan həmin proses nəticəsində türk sülalələrinin bəzilərinin adı ilə yanaşı az hallarda istifadə edilən “İran” adı yalnız türk dövlətinin adı anlamında istifadə edilmiş və indiki İrana aid deyildir. Lakin mənşə etibarı ilə həmin ad Firdovsinin “Şahnamə” əsərində əks etdirildiyi kimi taciklərə aid olub və onların sərhədləri də “Şahnamə”-də qeyd edildiyi kimi indiki Əfqanıstanın şimalı və Tacikistanın bir hissəsini əhatə edir.3 Yəni mifik və tarixi İran adı, Əfqanıstan və Tacikistanın bir hissəsinin əsil adıdır və indiki İran ərazisinə heç bir aidiyyatı yoxdur. İndi İran adlanan ərazidə isə bu ad Türk-Azərbaycan dövlətləri tərəfindən yalnız bəzən öz mənafeləri istiqamətində istifadə edilmişdir.

İndiki İran ərazisində əvvəllər qədim mədəniyyətlər, o cümlədən, Elam, Qutti, Lullubi, Kassi və s. olmuşdur. Daha sonra isə Manna, Midiya, Əhəməni (Haxaməniş = Haxam+əniş), Selevki, Parfiya, Sasani dövlətləri qurulmuşdur. Sasanilərdən sonra Ərəblərin işğalına keçən indiki İran adlanan ərazi min ildən artıq türk sülalələrinin hakimiyyəti altında olmuşdur. Qədim mədəniyyətlərdən bəzilərinin proto-türk olması haqqında iddialar və bəzən türklərlə onlar arasında dil oxşarlığı və eyniliyi qeyd olunsa da, həmin mədəniyyətlərin heç birinin poroto-tacik olması faktına rast gəlmirik.

Uydurmalarla yazılan İran tarixində Mannaya işarə edilməsə də, Midiyanın ari (əslində ari nəzəriyyəsinin ingilislər tərəfindən məqsədli olaraq, ortaya atılması və saxta olmasında heç bir alimin şübhəsi yoxdur. Son dövrlərdə isə məsələnin üstünün daha çox açıldığı görən İngilis dövləti İran əhalisinin guya ari olmadığı və 10 min illik irqə aid olduğuna dair genetik analizlərə əsaslanan başqa nəzəriyyəni irəli sürməyə çalışır4) olması və guya İran dövləti olması iddia edilir. İran tarixinin isə Əhəmənilərdən (Haxamənişlər) başlanması iddia edilir. Əhəmənilərdən çoxlu daş yazılar mövcuddur. Onların dilinin cüzi şəkildə araşdıran hər bir bitərəf alim, pers etnosunun taciklərin (indiki farsların) əcdadı yox bəlkə, slavyanların bir qoluna mənsub olmasını başa düşər. Həm dilin quruluşu, qrammatikası, həm də söz bazası bunu deməyə əsas verir. Sadə bir nümunə kimi bildirək ki, indiki fars dili adlanan əslində tacik dilində bizim dilimizdə olduğu kimi 6 şəxs əvəzliyi mövcuddur və heç bir cins mövcud deyildir. Halbuki, Əhəmənilərin pers dilində kişi cinsi, qadın cinsi və orta cins mövcuddur. Dilin quruluşu slavyan dillərinin quruluşu ilə eynidir. Eyni zamanda bu dildə bugünkü slavyan dillərinə məxsus bir çox sözlər mövcuddur. Hətta pers dilində yazılan kitabələrin birində Dara “bu mənimkidi” sözünü “eta mai” kimi yazdırmışdır.5

Əhəmənilərin banisi olan II Kirin adı isə indiki tacik dilində insan üçün qoyula bilən mənanı verməməkdədir. Yəni heç bir tacikin övladına Kir adı verməsi qəti mümkün deyildir. Lakin slavyanlarda Kir adı olmuş və bu gün soyadlarında yaşamaqdadır. Pars (pers, fars) sözü də tayfa və dil adı olaraq Kir adı kimi tacik (indi səhvən fars adlanan dilə) dilinə məxsus söz deyildir. Tacik dilində bu söz “itin hürməsi” mənasını daşıyır. Heç bir xalq öz dilində itin hürməsi mənası daşıyan sözü, öz adı və dilinin adı adlandırmaz. Həqiqətən də “pars”la, “tacik” etnoslarının fərqli və bir-biri ilə heç bir əlaqəsi olmayan etnos olmaları mövcud tarixi faktlardan və dil fərqliliklərindən əlavə buradan da aydın görünür.6

Pars (ərəbləşmiş şəkli farsdır) dili əslində hazırda mövcud deyildir. Bu dil pers tayfasının dili olmuş və həmin tayfanın yəhudi haxamları tərəfindən indiki fars əyalətinə gətirilərək dövlət qurmaları müddətində mövcud olmuşdur. Onlar yerli olmadıqları üçün qurduqları Əhəməni (Haxaməniş) dövləti dağıldıqdan sonra xalq kimi regionda möhkəmlənib qala bilmədilər. Dağılıb pərakəndə olan və ya köçüb gedən pers xalqının dilinə həmin dövrdən sonra heç bir yerdə rast gəlinmir. Onlardan qalan yalnız pers (pars-fars) adı olur. O, da toponimə çevrilərək qalmışdır və bu gün indiki İranın cənubunda bir əyalətdir. İslam dövrü başlayandan yəni əslində VII əsrdən XIX əsrə kimi fars (əslində tacik) dilli mənbələrdə 1-2 yanlış adlandırmanı nəzərə almadan demək olar ki, yüzlərlə bütün tarixi-ədəbi mənbələrdə indi İranda (həmçinin Əfqanıstan və Tacikistanda) işlədilən dilin adı tacik dili kimi qeyd edilir. Fars dili adına isə indiki fars dili nəzərdə tutularaq rast gəlinmir. Yalnız İngilislər indi İran adlanan ərazidə tacikləşmiş etnos üçün İran adına tarixi baza uyduranda, pars adını tacik adı ilə eyniləşdirib və indiki İran ərazisində təxminən 5-6 yüz il öncədən tacikləşməyə başlayan etnosa sırıdılar. Beləliklə, indiki İran ərazisində əhalinin hələ o dövrdə olduqca az hissəsini (təxminən dörddə-beşdə birini) təşkil edən tacikləşmiş etnosa, fars adı verib, onları 2500 illik “pers” kökünə bağladılar. Kiçik bir əraziyə verilən pers adına və onunla paralel yalnız türk sülalələrinin, Elxanilərdən bu yana müəyyən məqsədlər üçün bəzən istifadə etdikləri “İran” adına 2500 illik tarix yazmağa başladılar. Halbuki, pars tayfası daha mövcud olmayan başqa bir tayfa olub, istifadə edilməkdə olan İran adı isə mənşə etibarı ilə bu əraziyə yox, bəlkə Əfqanıstana aid idi. Türk dövlətləri isə mifik İran-Turan anlayışından yalnız ideoloji məqsədlər üçün istifadə edirdilər (Elxanilər Qızıl Orda dövləti ilə ixtilaflarında həmin İran-Turan mifik anlayışından istifadə edib, onu ideoloji silaha çevirməklə əhalini səfərbər etməyə çalışmışlar).

Son əsrlərdə indiki İran ərazisində tacikləşmiş etnosa tarix uydurmaq istiqamətində Haxamənişlərdən sonra növbə Parfiya və Sasanilərə çatırdı. Bu dövlətlərin də taciklərlə heç bir əlaqəsinin olmamasına baxmayaraq, tarixi bazanı tamamlamaq üçün bu dövlətləri uydurma yolla fars adlandırdıqları taciklərin İran dövlətinin tarixi dövlətləri kimi təqdim etdilər. Halbuki, Parfiya türk-yunan mənşəli dövlət olmuş, Sasanilər isə yarı pəhləvi, yarı türk dövləti olmuşdur. Sasani dövlətində türk amilini nəzərə almasaq belə, bu dövlətin qalan əhalisi pəhləvilərdən ibarət olub. Pəhləvi dili isə ayrıca dil olub və indiki İranın təxminən mərkəzi və cənub hissələrində danışılıb. Bu dilin də tacik dili ilə heç bir bağlılığı olmayıb. Belə ki, pəhləvi dilini heç bir tacik dilini bilən şəxs oxuya və anlaya bilmir. Məsələn tanınmış şairlər Sədi və Hafiz dövrün başqa şairləri kimi türk hakimlərin tacik dilini rəsmiləşdirməsi nəticəsində tacik dilində (farsca) də, onunla yanaşı öz ana dilləri - pəhləvi dilində də şeir yazmışlar. Bu gün onların tacik dilində yazdığı əsərlər tam oxunub anlaşıldığı halda pəhləvi dilində yazdığı əsərləri heç bir fars (əslində tacik) oxuya və anlaya bilmir. Bu onun nəticəsindədir ki, pəhləvi dili tacik dili ilə heç bir bağlılığa malik deyildir və tamamilə başqa bir dildir.7

Göründüyü kimi hazırda tacikləşən indiki İranın cənub və mərkəzi hissələrində 600-700 il bundan öncə pəhləvi, türk və digər dillərdə danışılırdı. Əslində bu məsələ təkcə həmin hissələrə aid deyildi və Azərbaycana da şamil edilirdi. Belə ki, böyük şairimiz Nizami Gəncəvi Sədi və Hafizdən əsrlər öncə özünün və əhalinin türk olmasına və şahlar tərəfindən tacik dilində yazmağa məcbur edildiyini açıqca öz qələmi ilə əsərlərində vurğulamışdır.8 Yəni əslində indiki İran ərazisində tacikləşmiş etnos hələ formalaşmadan əsrlər öncə Azərbaycanda türk dili danışılır və türklər yaşayırdı. Lakin indi iş o yerə çatıb ki, 500-600 ildir tacikləşən və 1925-ci ildə hakimiyyətə gətirilən tacik etnosu, Azərbaycanı İranın əzəli hissəsi və türkləri isə monqollar tərəfindən türkləşdirilmiş tacik kimi qələmə verir və azərbaycanlıların varlığını inkar edirlər. Halbuki, indiki İranda yaşayan tacikləşdirilmiş etnos əslində öz varlıqlarını türklərə borcludurlar. Yəni əgər min illik bir dövrdə türk dövlətləri tacik dili yerinə öz dillərini və ya hər hansı başqa dili rəsmi dil etsəydilər, indiki İranda tacik dilində danışan etnosdan əsər-əlamət olmazdı. Min illik bir dövrdə türk dövlətləri tərəfindən tacik dilinin rəsmiləşdirilməsi bütün regionda danışılan dillərin, o cümlədən türk, pəhləvi, kürd, lor, gilək və s. dillərin tacik dili ətrafında inteqrasiya etməsinə və hətta bəzilərinin qismən və ya tamamilə məhvinə və tacikləşməsinə gətirib çıxardı. Pəhləvi dilinin sıradan çıxması və tacik dilinin onun yerini tutması bunun bariz nümunəsidir. Həmin proses nəticəsində tamamilə sıradan çıxmayan türk, kürd, gilək, lor və s. dillərdə isə tacik dilinə müəyyən oxşarlıqlar yarandı. Həmin proses nəticəsində hətta Azərbaycanın da bəzi hissələrində əhalinin kiçik hissəsində tacikləşmə baş vermişdir.

XIX-XX əsrlər boyunca İngiltərə başda olmaqla Qərb tərəfindən regionun bütöv mədəni quruluşunu parçalamaq və nə vaxtsa böyük güc halına gələ bilmə potensialını məhv etmək üçün ari və ya Hind-Avropa nəzəriyyəsini uydurdular. Həmin nəzəriyyə əvvəllər Britaniyanın Hindistanı əbədi müstəmləkə halında saxlaması istiqamətində uydurulmağa başlasa da, daha sonra qeyd etdiyimiz bütöv mədəni quruluşu (qədim türk imperatorluqlarının Çin və türklərin yaşadığı uzaq şərqdən tutmuş Avropayadək ərazilər) parçalayıcı amil kimi çıxış edən indiki tacik İranı üzərinə yönəldildi.6 Həmin nəzəriyyə əsasında guya ari irqi adlı irq mövcuddur və həmin irq miladdan təxminən 1000 il öncədən indiki İran ərazisinə köçmüş və 2500 il öncə isə Əhəməni dövlətini qurmuşlar. Halbuki, yuxarıda qeyd etdiyimiz kimi bu fikirlərin hamısı məqsədli uydurmalardan ibarətdir. Xüsusilə, XX əsrin əvvəllərində uydurduqları tarix üçün maddi tarixi baza yaratmaq məqsədilə onlarla saxta mixi kitabələr yonmuş, hətta tarixi abidələr tikmişlər. Bu gün artıq tərəfsiz İran alimləri həmin saxtakarlıqların üstünü açdıqca cinayətin böyüklüyü onları dəhşətə gətirir. Haxamənişlər (Əhəməni) və həmin sülalənin banisi II Kirə Pasarqad adlandırdıqları paytaxt və əbədi məzar yaratmaq üçün boş ərazidə ətrafdakı Yunan mənşəli tikililəri və məscidi söküb paytaxt və saray tikmiş, həzrəti Süleymanın anasının məzarı kimi tanınan Yunan mənşəli tikilini isə II Kirin məzarı kimi qələmə verib, məqsədli şəkildə tarix uydurdular. Belə dəhşətli fırıldaqçılıq və saxtakarlıqları hətta YUNESKO-dan da qeydiyyatdan keçirdilər. Heç vaxt istifadəyə verilməyən və yalnız sütunlarının bəziləri yonulan yəni əslində 20-30 faizi tikilən və natamam buraxılan Təxti-Cəmşid binasını guya Novruz və s. kimi şənliklərin keçirildiyi Əhəməni sarayı kimi qələmə verdilər.7 Ariyaizm istiqamətində uydurmalar o qədər çox və çeşidlidir ki, maddi və mədəni irsin bütün sahələrini ehtiva edir. Yəni hər sahədə uydurmalara rast gəlmək mümkündür.

İngiltərə, qeyd edilən uydurmalarda bir sıra yəhudi alimlərinin əməyindən istifadə etmişdir. Yəhudilər əslində tarixlərinin bir hissəsi olan Haxaməniş dövlətini özlərinə bağlamaqdan vaz keçsələr də, rəğbət bəslədikləri həmin dövlətin tarixi əsasında müasir dövrdə tacikləşmiş etnos üçün İran dövləti yaratmağı özlərinə qazanc hesab edirdilər.

İngiltərənin bütün bunlardan məqsədi Çinin və Monqolustanın ortalarından, Sibir və daha şərq ərazilərindən tutmuş Avropayadək olan ərazidə min illərin türk hakimiyyətinin ortaya gətirdiyi ortaq dil, mədəniyyət və din əsasında formalaşan bağlılığı və bütövlüyü pozmaq və həmin dövr üçün Avropanı bu böyük gücün təhlükəsindən qurtarmaq idi. Həmin məqsəd üçün çox önəmli halqanı, yəni indiki İran ərazisində uydurma tarixi baza yaratmaq və buranı çevriliş yolu ilə başqa etnosun dövlətinə çevirib, böyük türk ərazisinin bütövlüyünü və gücünü parçalamış və məhv etmiş oldular. Lakin həm ingilislər, həm də yəhudilər bu uydurmaları ilə necə böyük səhvə yol verdiklərinin fərqində deyildirlər. Çünki, inkişaf etməmiş, dövlətçilik və hakim etnos olmaq haqqında heç bir tarixi yaddaşı olmayan etnosu başqa etnoslara hakim etmək və uydurmalar əsasında ona böyük bir dövlət qazandırmağın ağır nəticələrini bu gün dünya duymaqda və görməkdədir. Lakin həmin səhvin daha ağır nəticələrini 80 ildir Azərbaycan türkləri və başqa etnoslar yaşamaqdadırlar. Belə ki, Azərbaycan türkləri XXI əsrdə belə həmin etnosun irqçi və rasist siyasətinin qurbanı olurlar. Halbuki, əhalinin əksəriyyətini təşkil edən, humanist, demokrat, ədalətli və modern Azərbaycan türkü hakimiyyətdə qalsa idi, nə başqa xalqların hüququnu pozardı, nə də dünyanı təhlükəyə salardı. Ona görə də bu gün İngiltərə və yəhudilər öz əlləri ilə özlərini və dünyanı böyük bəlaya düçar ediblər. Onlar hətta rəğbət bəslədiyi Əhəməniləri də dünyanın ən geri qalmış, irqçi, terrorist və narkotik maddələr becərən tacik etnosuna bağlamaqla biabır elədilər.

Əlbəttə, bu kimi nəzəriyyələrin uydurulmasında din amilindən istifadə etməmək mümkün deyil. Ona görə də bütün bunlarla yanaşı region üçün uydurma zərdüştilik və s. dinlər də qədim yerli din kimi sırınmağa başlanıldı. Lakin bu ideya əhalinin dini inamının güclü olması üzündən irəliləyə bilmədi. Qeyd edilən bütün uydurmalar məhz türk millətinin əleyhinə və bütöv mədəni quruluşa malik olan türk yurdunu parçalamaq və tacik İranı yaratmağa qulluq edirdi. Lakin təəssüflər olsun bizim bir sıra alimlərimiz hələ də uydurulmuş mənbələrə istinad edir və indiki İran dövlətini qədim dövlət hesab edirlər. Hətta bir sıra siyasətçilərimiz İrandan söhbət etdikləri zaman İran böyük və qədim tarixə malik olan ölkədir ifadələri dillərindən düşmür. Lakin 1925-ci ilin harasının qədim olduğunu çətin başa düşmək olur.

Mənbələr:

 

رضا، بیگدلو، باستانگرایی در تاریخ ایران، چاپ اول 1380، تهران، نشر مرکز

رضا محمدی،

http://www.bbc.co.uk/…/2…/11/111113_l42_vid_ir_genetic.shtml

رلف، نرمان شارپ، فرمانهای شاهنشاهی هخامنشی، تهران، چاپ دوم 1384، مؤسسه فرهنگی و انتشاراتی پازینه، ص. 4

ناصر پور پیرار، تأملی در بنیان تاریخ ایران، کتاب اول، دوازده قرن سکوت، اشکانیان، نشر کارنگ تهران

حسن راشدی، ترکان، فارسی دری, زبان مهاجر یا بومی در ایران؟

http://azr.baybak.com/il_2007_say_880.azr

Həsən Səfəri

AMEA-nın Şərqşünaslıq İnstitutunun

dissertantı

23:56