Biləsuvarda etiraz aksiyası – Saxlanılanlar var

 

Aksiyaçılar polis qüvvələri tərəfindən dağıdılıb.

Əraziyə cəlb olunan polis qüvvəsi aksiya iştirakçılarını dağıdıb. Hadisə şahidlərinin sözlərinə görə, bir neçə nəfər etirazçı saxlanılıb, onlar polis maşınlarına mindirilərək şöbəyə aparılıb. Bakı-Astara yolunun Biləsuvardan keçən hissəsində nəqliyyatın hərəkəti bərpa olunub.
Etirazçılar rayondan keçən Bakı-Astara yolunu bağlayıblar. Aksiyanın səbəbi isə sosial yardımların xeyli müddətdir, verirlməməsidir. Sözügedən yolda hərəkət tamamilə dayanıb, böyük tıxac yaranıb. Aksiyaçılar onu da bildiriblər ki, rayondakı əhalinin sosial hüquqlarını müdafiə etməli olan idarələr vətəndaşların şikayətlərini qəbul etmir və hər şeyi etinasızlıqla qarşılayırlar. Korrupsiya is ötən illərə nisbətən daha da çiçəklənib. İşsizlik ən böyük bəlalardan biri hesab olunur. 

BakiPost.az

 

 

06:49