Bəhreyn İrana bağlı 20 terrorçunu həbs etdi

 

Orta Doğunun ən sakit ölkələrindən biri olan Bəhreyn hökuməti “terror” fəaliyyətində iştirakda şübhəli 20 nəfəri həbs edib. Tutuqlanan şəxslərin fars rejimi tərəfindən eyitim aldıqları bildirilir. Həbs olunanlar arasında terrorçulara qalmaq uçun yer təmin edən 4 qadın da yer alır.

Bəhreyn İçişləri Bakanlığından alınan bilgiyə görə, güvənliq gücləri İrandan qaçaq yolla ölkəyə daxil olaraq burada bir sıra terror aktlarını həyata keçirməyə cəhdlə bağlı bir sıra “terror hüceyrələrini” dağıdıb. Şübhəli şəxslərdən biri, ötən ayın sonunda bir polis əməkdaşını öldürüb, digər səkkiz nəfərin İranda və İraqda partlayıcı maddələrdən istifadə etməklə ağır terror hadisələrini həyata keçirmək üçün xüsusi təlim aldıqları ortaya çıxıb.
Onu da qeyd edək ki, ötən ilin əvvəlində Bəhreyn İran adlanan ölkədə Səudiyyə Ərəbistanının elçiliyiə qarşı törədilən saldırılardan sonra Tehranla diplomatik ilişkilərini dondurmuşdu. O da bəllidir ki, İran mollakratiya rejimi Küveyt, Bəhreyn, İordaniya, İraq, Suriya, Misir, Liviya, Livan, Pakistan, Suriya və digər ölkələrdə baş verən əksər terror olaylarına görə suçlu bilinir. İran mollakratiya rejiminin əsas hədəfi Orta Doğuda bölgə üzrə ən nüfuzlu bir dövlət və güc sahibi olduğunu siyasi iradəyə çevirməkdir.

Xudaferin.eu
Güney Azərbaycan, “Təbriz Bürosu”

19:01