Bəhram Qasemi: İranın hökuməti dəyişsə də, rejimi dəyişməyəcək

 

İran mollakratiya rejiminin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Bəhram Qasemi mayın 15-də keçirdiyi həftəlik mətbuat konfransında maraqlı açıqlama verib.

Bəhran Qasemi bəyan edib ki, Tehran mollakratiya rejiminin xarici siyasət kursu bəllidir. Hökumətlər dəyişsə də, bu siyasi kurs dəyişməz olaraq qalacaq. İranın xarici siyasət kursu bütün qonşuları ilə əlaqələri genişləndirməkdən, bölgədəki gərginliyi azaltmaqdan ibarətdir. İranın əsas məqsədi bölgədəki terror qruplaşmalarının kökünü kəsməkdir.
Qeyd edək ki, Qafqaz, Orta Asiya və Orta Doğuda ən böyük terror qruplaşmaları məhz elə İran mollakratiya rejiminə məxsusdur. Dünya mətbuatının da qeyd etdiyi kimi təkcə İran mollakratiya rejiminin Suriyada “Hezbeollah” adı altında 50 mindən çox qouşunu vardır. Bu silahlı terror ordusu Suriyada Türkmanlara məxsus bölgələrdə “şiəlik” adı altında uzun müddətdir terror siyasətini yürüdür. Onminlərlə Türkman vətəndaşının soyqırıma məruz qalmasında “Hezbollah”ın xüsusi əməyi vardır. İran mollakratiya rejimi bir yandan diktator Bəşər Əsəd rejiminin qorunub saxlanıması, o biri yandan kürdlərə məxsus terror təşkilatları olan YPG, PKK, PYD və digər terror qruplaşmalarına dolayı yolla silah, maliyyə və digər yardımları edir. İraqda da “Şiə İraqı” adı altında 2003-cü ildən bu yana yaşanılan terror sisyasətində İran mollakratiya rejiminin cinayətlərinin nə hüdudu, nə də miqyası bəlli deyil. Bu ölkədə Tehran rejiminə bağlı “Hezbollah”a məxsus azından 100 minlik terror ordusu fəaliyyət göstərir. Bəhram Qasemi “İranın xarici siyasət kursu dəyişməyəcəkdir” dedikdə məhz bunları nəzərdə tutur.

Xudaferin.eu
Güney Azərbaycan, “Tərbiz Bürosu”

09:24