Bəhram Qasemi: ABŞ İranın iqtisadiyyatına zərbə vurmağa çalışır

ABŞ-ın İranın dövlət xadimlərinə qarşı sanksiyaları qanunsuzdur. Mərkəzi Bankın sədrinə sanksiya tətbiq edilməsi bir daha göstərir ki, ABŞ İranın iqtisadiyyatına zərbə vurmağa çalışır.

Xudaferin.eu xəbər verir ki, bu sözləri İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Bəhram Qasemi bu gün keçirdiyi mətbuat konfransında deyib.

Bəhram Qaseminin sözlərinə görə, hərbi qurumlar və xarici siyasətlə heç bir əlaqəsi olmayan rəsmi şəxsə qarşı sanksiya tətbiq etmək siyasi etikadan çox uzaqdır.

Xatırladaq ki, ötən gün ABŞ-ın Maliyyə Nazirliyi İranın Mərkəzi Bankının sədri Vəliyullah Seyfini qanunsuz silahlı qruplaşmalarla əlaqədə ittiham edərək, onun adını sanksiya tətbiq edilən şəxslərin siyahısına salıb.

13:40