Berlində Güney Azərbaycan siyasi tutuqlularına dəstək mitinqi

Almaniyanın başkəndi Berlində Almaniya, Hollandiya, Belçika, İsveç, Norveç, Fransa və digər Avropa dövlətlərində fəaliyyət göstərən mühacirətdəki Güney Azərbaycan Türkləri təşkilatları bir araya gələrək İran İslam Respublikası adlı dövlətin qəddarcasına apardığı assmliasiya, Urmu gölünün qurudulması, başqa xalqların ana dilində təhsil almaq, qəzet və dərgilər çap etmək, milli-mədəni mərkəzlərini yaratmaq istəyinə qarşı apardığı aparteid siyasəti sərt şəkildə tənqid edən mitinq keçirmişlər.

Mitinq iştirakçıları Güney Azərbaycan Milli Hərəkatının gənc fəallarından biri olan Mürtəza Muradpurun 61 gündür Tehran rejiminin qanunsuz əməllərinə görə etiraz addımı kimi aclıq aksiyası keçirdiklərini və Güney Azərbaycan Milli Hərəkatının digər fəallarının da həbsxanalara atılaraq onlara işgəncələr verilməsini, rejimin antibəşəri siyasətini tənqid edən çıxışlar etmişlər.  

Xudaferin.eu
Almaniya, “Berlin Bürosu”

13:23