Berlində azərbaycanlı rəssamların sərgisi açılıb

Berlində fəaliyyət göstərən “Berlin-Baku” rəsm qalereyasında “Azərbaycan Yaponiya ilə görüşür” (“Aserbaidschan Trifft Japan”) adlı rəsm sərgisinin açılışı olub. Açılış mərasiminə Almaniya, Azərbaycan və Yaponiyadan olan incəsənət adamları qatılıb. Tədbirdə ölkəmizin Almaniyadakı səfirliyinin mədəniyyət məsələləri üzrə məsul əməkdaşı Sara Abbasova, Almaniya Azərbaycanlıları Koordinasiya Mərkəzinin icraçı direktoru Heydər Mirzə və Azərbaycan Tələbə Şəbəkəsinin Berlin ofisinin rəhbəri Asif Məsimov iştirak edib. Sərgidə Azərbaycandan və Yaponiyadan olan gənc rəssamların 30-dan çox rəsm əsəri nümayiş olunur. Azərbaycanı Telman Quliyev, Günay Şəmsi, Maqdalena Mehdizadə və Yeganə Əsədova, Yaponiyanı isə Tomoko Kazama, Rikka Ayasaki, İku Xiquçi, Tsieku İtsinoze təmsil edir. Sərgi dekabrın 1-dək davam edəcək.

Xudaferin.az 

12:46