Berdiməhəmmədov yenidən Türkmənistan prezidenti seçildi

Türkmənistanın hazırkı rəhbəri Qurbanqulu Berdiməhəmmədov üçüncü dəfə respublika prezidenti seçildi, seçicilərin 97,69%-i ona səs verib. 

Xudaferin.eu RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə bazar ertəsi ölkənin MSK-nın sədri bəyan edib. 

Daha öncə Türkmənistan Mərkəzi Seçki Komissiyası ölkədə prezident seçkilərində seçici fəallığının 97,27% olduğunu bildirib. 

Berdiməhəmmədovdan başqa, prezident postuna səkkiz nəfər namizədliyini irəli sürmüşdü. 

Xudaferin.eu

16:21