Belorusda 400-dən artıq etirazçı həbs edilib

 

Belorus ixtişaş polisi şənbə günü başkənd Minskdə keçirilməsi planlaşdırılan mitinq cəhdinin qarşısını alıb. İnsan haqları fəallarının bildirdiyinə görə, yüzlərlə etirazçı polis zorakılığına məruz qalıb. 400-dən artıq insanın həbs edildiyi bildirilir.

 

Polis müxalifət fəallarının planlaşdırdığı böyük mitinqdən bir neçə saat öncə insan haqları fəallarının paytaxt ofisininə reyd keçirib. Vesna insan haqları qrupundan bildiriblər ki, reyd zamanı 50-dən çox fəal saxlanılıb. Belorus Jurnalist Assosiasiyasının verdiyi məlumata görə, həbs edilənlər arasında 20-dən artıq jurnalist var. Son iki ay ərzində ölkəni 1994-cü ildən idarə edən prezident Aleksandr Lukaşenkonun avtoritar rejiminə qarşı etiraz dalğasının yüksəldiyi müşahidə edilir. Etiraz aksiyalarına ilk mərhələdə dözümlülük göstərdikdən sonra rəsmilər təqiblərə başlayıb. Lukaşenko bu həftə çıxışlarının birində "xarici ölkələrin dəstəklədiyi təşviqatçıların" onu hakimiyyətdən devirməyə çalışdığını deyib.

Amerikaninsesi.org

 

10:33