Belçikada erməni cinayətkar dəstə zərərsizləşdirilib

Belçika polisi Şərqi Flandriyada 21 ünvanda axtarış işləri aparıb. Buna səbəb Belçika-Ermənistan cinayətkar qruplaşmasının fəaliyyətinin araşdırılması olub. Araşdırmaları Belçika federal prokurorluğu aparır. 

Xudaferin.eu xəbər verir ki, dindirilmələr zamanı 13 nəfər həbs edilib. 

Məlum olub ki, qruplaşma fəaliyyətə 2014-cü ildə peşəkar tennisçilər arasında başlayıb. Qruplaşmanın üzvləri danışılmış oyunlarla bukmeykerlərdən külli miqdarda pullar qazanıb. Araşdırmalar isə 2015-ci ildən başlayıb. Qeyd edilib ki, bu işdə Belçikada yaşayan ermənilərin də əli var. 

Pullar yalnız ikinci dərəcəli turnirlərə qoyulurdu. 

Xudaferin.eu

16:28