Belçika teraktını İŞİD törədib

İŞİD qruplaşması Belçikanın Lyej şəhərində həyata keçirilən hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

Xudaferin.eu xəbər verir ki, bu haqda “Frans Press” məlumat yayıb.

İki gün əvvəl həbsxanadan yeni azad olunmuş şəxs bıçaqla polis əməkdaşlarına hücum edib.  Terrorçu onlardan birinin tapançasını ələ keçirərək, hər iki qadını və avtomobildə olan sərnişini qətlə yetirib. 

Hadisə yerinə xüsusi təyinatlıların gəlməsindən sonra tərəflər arasında atışma baş verib. Cinayətkar zərərsizləşdirilib. Atışmada daha iki nəfər yaralanıb.

Xudaferin.eu

12:00