Belarusun tanınmış opera müğənnisi Bakıya gəlir

Dekabrın 23-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C.Verdinin “Trubadur” operası nümayiş ediləcək.

Operada əsas rollardan biri - Qraf di Luna partiyasını ifa etmək üçün Almaniyanın Manhyem Milli Operasında çalışan Azərbaycanın Xalq Artisti Əvəz Abdullayev dəvət olunub.

Həmçinin səhnə əsərində Belarus Milli Akademik Böyük Opera və Balet Teatrının aparıcı solisti, bu ölkənin Xalq Artisti və Dövlət mükafatı laureatı, tanınmış opera müğənnisi Anastasiya Moskvina iştirak edəcək. Belaruslu aktyor operada Leonora partiyasını oynayacaq.

Opera və Balet Teatrının solistləri - Əməkdar artistlər Fərid Əliyev, Əkrəm Poladov, Əliəhməd İbrahimov, gənc solistlər Nina Makarova və Səbinə Əhmədova da operada çıxış edəcəklər.

Səhnə əsəri Əməkdar Artist, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev tərəfindən idarə olunacaq.

Xudaferin.eu

19:32