“Əbədi həsrət” kitabı İkinci Dünya müharibəsində iştirak edən ağdamlılardan bəhs edir

Böyük Vətən müharibəsinin başa çatmasından, bəşər tarixinin ən qanlı savaşında top və tank mərmilərinin, pulemyot və avtomat səslərinin susmasından 74 il keçir. Lakin aradan bu qədər uzun vaxt keçməsinə baxmayaraq, müharibənin göynərtiləri və ağrı-acıları unudulmur.

Xudaferin.eu xəbər verir ki, Böyük Vətən müharibəsinə Ağdam rayonundan 7361 nəfər yola düşüb. Onlardan 4500 nəfəri cəbhədə həlak olub, 511 nəfəri isə əlil kimi geri qayıdıb.

“Azərbaycan bayrağı” ordenli Əməkdar jurnalist Baxşeyiş Abbasoğlunun “Əbədi həsrət” kitabı həmin müharibədə həlak olmuş, itkin düşmüş, qələbənin qazanılmasında pay sahibi olmuş və ya aldığı yaralardan vəfat etmiş döyüşçülər haqqındadır. Kitabda əlifbadakı ardıcıllıqla onların hər biri haqqında qısaca məlumat verilir.

Xudaferin.eu

23:57