Batumidə Uluslararası Türk Kültür və İrsi Fondu

 

 

Uluslararası Türk Kültür və İrsi Fondunun başçısı Günay Əfəndiyeva və Azərbaycanın Batumidəki baş konsulu Rəşad İsmayılov mayın 31-də Türkiyənin bu şəhərdəki baş konsulu Yasin Temizkan ilə görüşüblər.

Günay Əfəndiyeva Uluslararası Türk Kültür və İrsi Fondunun Türk xalqlarının kültür  və irsinin mühafizəsi, dünyada tanıdılması istiqamətində gördüyü işlərdən, həyata keçirdiyi və planlaşdırdığı layihələrdən bəhs edib. Söhbət zamanı Azərbaycan ilə Türkiyə arasındakı dostluq münasibətlərinin daha da möhkəmlənməsinin vacibliyi vurğulanıb.

Görüşdə, həmçinin əməkdaşlığın gələcək perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Xudaferin.eu
Gürcüstan, “Tiflis Bürosu”

09:14