Baş mollakrat Güney Azərbaycan Milli Hərəkatından qorxduğunu etiraf etdi

 

İran mollakratiya rejiminin dini lideri Seyid Əli Xamneyi ölkədə millətlərin varlığına və onların milli hərəkatlarına işarə edərək, bu prosesin 40 illik mollakratiya rejimi üçün ən böyük təhlükə olduğuna toxunub

Ötən həftə Seyid Əli Xamneyi “Sepah”a (İslam İnqilabının Keşikçiləri Ordusu) bağlı İmam Hüseyn Universitetinin tələbələri ilə görüşündə qarşıdan gələn prezident seçkiləri ilə bağlı Güney Azərbaycanın İran adlı bir ölkədən ayrılması proseslərinin başlanması ilə bağlı çox ciddi şəkildə narahat olduğunu bildirib.

Seyid Əli Xamneyi deyib ki: “Qarşıdan gələn prezident seçkilərində ölkənin milli təhlükəsizliyi qorunmalıdır. Buna riayət etməyən, ölkənin milli təhlükəsizliyinə qarşı üsyana qalxan hər kəs möhkəm sillə yiyəcək. Namizədlər sırf səs qazanmaq naminə ölkənin milli təhlükəsizliyi ilə birbaşa əlaqədar olan bəzi həssas mövzular barədə, o cümlədən də İranda millətlər və onların dili ilə bağlı təhrikedici sözlər deməsi düşmənin illərdir işlədiyi qonudur . Düşmən İllərdir Güney Azərbaycan məsələsi ilə bağlı işlər görür. Hədəf Güney Azərbaycanın İran adlı bir dövlətdən ayırmaqdır”.
Qeyd edək ki, İran adlı mollakratiya rejimi həm də xalqların həbsxanası deməkdir. Çünki, 40 ildir hakimiyyətdə olan bu zümrənin tək hədəfi xalqların milli kimliyini inkar etmək siyasətini tamamilə gerçəkləşdirməkdir. Hər hansı bir xalqın milli azadlıq hərəkatını düşmən projesi kimi başa düşür. Elə mollakratiya rejiminin baş mollası Seyid Əli Xamneyi bu dəfə açıq-aşkar şəkildə bütün bunları söləmişdir.

Seyid Əli Xamneyi Sepah”a (İslam İnqilabının Keşikçiləri Ordusu) bağlı İmam Hüseyn Universitetinin tələbələri və müəllimləri ilə görüşündə Birləşmiş Millətlər Təşkilatının və YUNESCO birlikdə İran adlı bir ölkədə yaşayan xalqlarla ilgili apardıqları araşdırmalar sonucu olaraq, sayları milyonlarla hesablanan hər xalqın ayrıca öz ana dilində qəzet və dərgilərinin, məktəblərinin və mədəniyyət mərkəzlərinin olması şərtlərini tanımadğını və qəbul etmədiyini bildirib. O qeyd edib ki, YUNESCO və digər uluslararası quruluşlar əslində ABŞ-ın oyuncağıdır. Beləliklə də hər bir xalqın milli hüquqlarını bir daha bu rejimin tanımayacağını dilə gətiribdir.   

Xudaferin.eu
Güney Azərbaycan, “Qəzvin Bürosu”

 

09:22