Barselonada Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramlarına həsr olunmuş tədbir keçirilib

Barselonada Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramlarına həsr olunmuş tədbir keçirilib.

İspaniyanın Barselona şəhərində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramlarına həsr olunmuş tədbir keçirilib. “Azərbaycan Diasporuna Dəstək Fondu”nun dəstəyi və “Azerbaijani Society in Barcelona”nın (ASB) təşkilatçılığı ilə baş tutan tədbirdə əsasən Kataloniyada yaşayan azərbaycanlılar və həmçinin ölkəmizin xarici dostları iştirak edib.

Tədbiri giriş nitqi ilə açan ASB sədri Kərim Kərimov Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn yeni il münasibətilə tədbir iştirakçılarını təbrik edərək, Dünya Azərbaycanlılarının Həmrəylik Gününün qeyd edilməsinin əhəmiyyətindən danışıb.

Daha sonra tədbirdə ASB tərəfindən 2019-cu il üzrə həyata keçirilmiş tədbir və fəaliyyətləri özündə əks etdirən hesabat xarakterli video çarx nümayiş etdirilib.

Tədbir çərçivəsində həmçinin tədbirdə iştirak edən azyaşlı həmyerlilərimizə bayram hədiyyələri təqdim edilib. Yeni illə bağlı keçirilən bayram loteriyası isə iştirakçılar tərəfindən xüsusi maraqla qarşılanıb.

 

xudaferin.eu

01:03