Barselona aeroportunun əməkdaşları tətili davam etdirirlər

 

 

Barselona aeroportunda baqajın və yüklərin yoxlanması ilə məşğul olan təhlükəsizlik xidmətinin əməkdaşları yüksək əməkhaqqından imtina edərək tətili davam etdirirlər.

Tətil nəticəsində sərnişinlər uzun növbələrlə üzləşməli olur. Aeroport əməkdaşları indiyədək gündə bir saat tətil ediblərsə, avqustun 14-də 24 saat işləməyəcəklərini bildiriblər. Onlar aeroportda işçilərin sayının artırılmasını tələb edirlər. İşçilərin az olması səbəbindən təhlükəsizlik xidmətinin əməkdaşları sutkada 16 saat fəaliyyət göstərirlər. Təxminən 350-dək aeroport işçisi hökumət və şirkət tərəfindən maaşlarının ayda 200 avro artırılmasına baxmayaraq tətili dayandırmır.

Xudaferin.eu
“Avropa Bürosu”

09:48