Bank sektorunda 1,7 milyard manatlıq – ZƏRƏR

Azərbaycanın bank sektorunun 2016-cı ili zərərlə başa vurub.

Oxu.Az Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı hesabata istinadən xəbər verir ki, 2017-ci ilin yanvar ayının 1-ə bank sektorunun məcmu zərəri 1 mlrd. 667,6 mln. manat təşkil edib.

Bundan öncə MBNP-nin açıqladığı 11 aylıq statistikada qeyd edilib ki, bank sektorunun zərəri 1 mlrd. 271,5 mln. manatdır.

Ötən ilin noyabrın 1-ə banklar üzrə hesablanmış zərər 969,5 mln. manat, oktyabrın 1-ə isə 1 mlrd. 547,1 mln. manat təşkil edib.

U.A.

21:13