Bakıdan Mineralnıye Vodıya dörd saata getmək olacaq

Rusiya dəmir yolları şirkəti Stavropol və Azərbaycan arasında “Lastoçka” sürət qatarının buraxılması layihəsini müzakirə etməyə hazırdır. Son təyinat məntəqələri Mineralnıye Vodı və Bakı olacaq. 

Xudaferin.eu bununla bağlı Rusiya KİV-ə istinadla məlumat yayıb. 

Cənubi Qafqaz dəmir yollarının mətbuat xidmətinin məlumatına əsasən, layihənin əsas məqsədi sərnişinlərin rahatlığını təmin etmək və vaxta qənaət olunmasıdır. 

Rusiya mediası bu qatarın buraxılmasının çox xeyirli olacağını bildirib. Stavropol və Dağıstan rəhbərliyi hesab edir ki, bu qatarın buraxılması regiona əlavə investisiyaların cəlb olunmasına və turist axınının artmasına səbəb olacaq. 

Əgər dəmir yolu marşrutu təsdiq olunsa, Mineralnıye Vodıdan Bakıya (və əks istiqamətdə - red.) 4,5 saata çatmaq olacaq. 

Xudaferin.eu

14:19