Bakıdakı bu marketdə saxta yumurta satılır

Təranə Musayeva yumurtanı sındıranda dəhşətə gəlib

Televiziya əməkdaşının Bakıda məhşur supermarketdən aldığı yumurta onu dəhşətə gətirib. ATV televiziyasının əməkdaşı Təranə Musayeva 'Araz' supermarketindən yumurta alıb. Yumurtanı sındıranda isə dəhşətə gəlib. Yumurtanın sarısı 'plastrin' şəklində olub və əl ilə istənilən formaya düşüb. T.Musayeva facebook profilində şahidi olduğu hadisəni belə canlandırıb: 'Bu yumurtanı 'Araz' marketdən almışam. Çiy olsa da, sarısını əlimlə istədiyim formaya sala bildim. Həyəcan təbili çalmaq lazımdır. Belə olmaz. Bizim günahımız nədir? Niyə müvafiq orqanlar ölçü götürmür? Yumurta nəlbəkidə bir az qalandan sonra rəngi dəyişib qəribə rəng aldı'.
"Araz" Supermarketlər Şəbəkəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin meneceri Elvin Babayev Criminal.az-a açıqlamasında bildirdi ki, müştəri məmmnuniyyətinə önəm verərək daima satışda olan məhsulların keyfiyyətli olmasına diqqət edir, istehsalçılardan aldığı kənd təsərrüfatı məshsullarının dövlət standartlarına uyğunluğunu təsdiq edən sertifikatlar tələb edirik. Onun sözlərinə görə, Araz Supermarketər şəbəkəsinə daxil olan istehlakıçı şikayətləri dərhal araşdırılır: 'Hal-hazırda supermarketlərimizdə satışda olan yumurtalar Giləzi Quşçuluq MMC-dən alınır.  Biz Giləzi Quşçuluq MMC-dən məhsulları alarkən onların uyğunluq sertifikatını da tələb edirik. Bu sertifikatlar ictimaiyyətə açıqdır. Qeyd olunan şikayətlə bağlı dərhal marketlərimizdə reydlər apardıq və nümunələr götürdük. Bu nümunələr keyfiyyətə nəzarət şöbəsi tərəfindən yoxlanıldı. Lakin qeyd olunan şikayət öz təsdiqini tapmadı'.

Cebhe.info

17:36