Bakıda “Qədim el sənətləri” festivalı təşkil ediləcək

Mayın 25-26-da “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda “Qədim el sənətləri” adlı festival keçiriləcək. Festival Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutu və “Mədəniyyət” kanalının birgə təşkilatçılığı ilə reallaşacaq.

Xudaferin.eu AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi çərçivəsində gerçəkləşəcək festivalda müxtəlif musiqi kollektivləri iştirak edəcək, kitab sərgiləri açılacaq, habelə tamaşalar göstəriləcək, milli geyimlər, interaktiv oyunlar, xalça toxuma və bu kimi nümunələr təqdim olunacaq.

Festivalın kuratoru “Mədəniyyət” telekanalının “Xalq yaradıcılığı” redaksiyasının baş redaktor müavini, tarix elmləri doktoru Güllü Yoloğludur.

Xudaferin.eu

15:48