Bakıda ölkənin diplomatik koruşu bir araya gəldilər

ADR (Azərbaycan Demokratik Rifah) Hərəkatının sədri, iqtisadçı alim Qubad İbadoğlu “XUDAFERİN.EU” saytına verdiyi açıqlamaya görə, dünən Avropa Birliyinin (AB) Azərbaycan nümayəndəliyində Avropa Yenidənqurma və İnkişaf Bankının Bakı ofisinin rəhbəri də daxil olmaqla AB-yə daxil olan 20-dək ölkənin diplomatik korpusunun rəhbərləri ilə maraqlı görüşüm oldu. Onlara Mədən sənayesində şəffaflıq təşəbbüsü" (MSŞT) üzrə beynəlxalq idarə heyətinin Astana toplantısında Azərbaycanla bağlı qəbul edilən son qərarının təqdimatını etdim. Təqdimatdan sonra gözləntilər və növbəti addımlar barəsində geniş fikir mübadiləsi apardıq. Çox faydalı keçən müzakirələrdən bəlli oldu ki, hazırda MSŞT yalnız yerli deyil, həmçinin beynəlxalq ictimaiyyətin də diqqət mərkəzindədir. Ölkəmiz üçün xeyirli və uğurlu olsun, arzum budur ki, o gün gəlsin ki, Azərbaycan da bu AB-nin tam hüquqlu üzvü olsun, onun standartarı ilə idarə olunsun.

Xudaferin.eu

13:13