Bakıda müxalifət adına Milli Şuranın mitinqi keçirilib

 

Bakıda, “Məhsul” stadionunda Milli Şuranın mitinqi keçirilib. Aksiya Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılıb. Aksiyanın təhlükəsizliyi Bakı polisi tərəfindən təmin olunub.

Aksiyada AXCP sədri Əli Kərimli, Milli Şuranın sədri Cəmil Həsənli, həmçinin Milli Şuranın Koordinasiya Mərkəzinin üzvləri Gültəkin Hacıbəyli, Rövşən Əhmədov və Nurəddin Məmmədli çıxış ediblər. Aksiyanı aparıçısı Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü İbrahim İbrahimli olub. Təşkilat Komitəsinin üzvü İbrahim İbrahimli etiraz aksiyasını xalqın mitinqi kimi təqdim edib. Aksiyasının təşkilatçıları bildiriblər ki, mitinqində kütləviliyin qarşısını almaqdan ötrü hökumət inzibati basqılardan istifadə edir. Bu haqda Milli Şurada təmsil olunan Azərbaycan Xalq Cəbhəsi Partiyasının Ali Məclisinin sədri Nuraəddin Məmmədli bildirib. N.Məmmədlinin sözlərinə görə, Azərbaycanın bütün rayonlarında mitinqə qatılmaq istəyənlərə təzyiqlər olubr.

AXCP sədri mitinqi “xalqın şərəf mitinqi” elan edib. Əli Kərmli millətin hökumətdən tələbinin, gözləntilərinin böyük olmadığını ifadə edib. O, hakimiyyətin siyasətini tənqid edib. Əli Kərimli mitinqin çox çətinliklər hesabına başa gəldiyini qeyd edib: “Biz bunları bu günədək dilə gətirmirdik. Ancaq indi demək istəyirəm ki, təkcə AXCP-nin 53 funksioneri mitinq hazırlığı zamanı saxlanılıb. Bu mitinqin aparıcısı İlham Hüseyn olamlı di. Ona, mitinqdə çıxış etməli olan gənc siyasətçi Emil Səlimova 15 sutka həbs cəzası verilib”

Mitinq təşkilatıçılarının açıqlamalarına, hələlik, Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb. Polis əməkdaşları aksiyaya gələnləri yoxlayıblar. Təşkilatçıların öncədən elan etdiyi şüarlardan fərqli şüarların meydana buraxılmadığı bildirilir.
Aksiyaya toplaşanlardan bəziləri sinəsində siyasi məhbus hesab olunan şəxslərin şəkilləri olan köynəklər geyib, əllərində onların şəkillərini tutublar. Aksiya insidentsiz başa çatıb.

Azpolitika.info

11:06