Bakıda körpələr evində yanğın - 18 uşaq xilas edildi

 

Pirallahı rayonunda ümumi sahəsi 450 m² olan ikimərtəbəli "Cırtdan" körpələr evinin zirzəmisində 3 m² sahədə məişət tullantıları yanıb.

Yanğın zamanı otaqlardan 18 nəfər azyaşlı uşaq yanğınsöndürənlər tərəfindən xilas olunub. Körpələr evinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 16:44-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Qeyd edək ki, yanğınla bağlı müxtəlif versiyalar da irəli sürülür. Buna görə də, yerli polis idarəsi dərhal istintaq işinə başlayıb. Belə ki, son zamanlar Azərbaycanın hər yerində olduğu kimi, yeni yaradılan Pirallahı rayonunda da əmlak və iri torpaq mülkiyyəti sahibi olmaq iddiası ilə bir sıra cinayətlər törədilməkdədir. İri çəkili məmurlar bu məqsədlə hətta gizli bir davanın içindədirlər. “Cırtdan” Körpələr Evinin binası bəlli olduğu kimi çox kəhnədir və onun ərazisi də durumuna görə biznes məqsədilə yanaşılarsa, iri mülkiyyət deməkdir. 

Cebhe.info

06:13