Bakıda köçkünlərin məskunlaşdığı yataqxana yanıb

Bakıda məcburi köçkünlərin məskunlaşdığı yataqxanada yanğın olub. Binəqədi rayonu, Ağasadıq Gəraybəyli küçəsində yerləşən yataqxana binasının ikinci mərtəbəsində yerləşən ümumi sahəsi 28 kv/m ərazisi olan mənzildə baş verən yanğın nəticəsində evin 6 kv/m sahəsi yanıb. Hadisə yerində cəlb olunan və problemi qısa bir zaman içində yanğınsöndürənlərin səyi nəticəsində yanğın qısa zamanda söndürülüb. Hadisə nəticəsində ölən və xəsarət alan olmayıb. Yanğının baş vermə səbəbləri araşdırılır.

Qeyd edək ki, məcburi köçkünlərlə bağlı son vaxtlar yenidən süni şəkildə problemlər yaranmağa baş.lamışdır. Beləliklə də məcburi köçkünlərin narazılığı artmaqdadır. Bu problemlərin yaranmasında deyilənə görə, Qaçqınkom ümumiyyətlə heç maraqlanmır. Onların sosial hüquqlarının tapdalanmasına isə göz yummaq adi vərdişlərdən birinə çevrilib.

Xudaferin.eu  

12:10