Bakıda “Kitab bayramı 2017” sərgi-yarmarkası təşkil olunacaq

 

Kitabın təbliği, reklamı, yayımı və satışı ilə məşğul olan Respublika Kitabxana Kollektoru cari ildən etibarən qapılarını kitabsevərlərin üzünə açmağı və ünvanını kitabın təbliği ilə tanıtmağı planlaşdırır.

Nizami Rayon İcra Hakimiyyəti və Respublika Kitabxana Kollektorunun təşkilatçılığı ilə sentyabrın 12-də saat 11-də rayonda yeni dərs ilinin başlanması ilə əlaqədar “Kitab bayramı 2017” sərgi-yarmarkasının açılışı olacaq. Sentyabrın 22-dək davam edəcək sərgi-yarmarka açılış günü istisna olmaqla, digər günlərdə də saat 09:00-dan 19:00-dək ziyarətçiləri qəbul edəcək.
Qeyd edək ki, kitab sərgisində Bakıda fəaliyyət göstərən bütün kitab nəşriyyatlarının məhsulları da təmsil olunacaqdır.

Xudaferin.eu

 

13:28