Bakıda biabırçı durum: 10 minlərlə soydaşımızı öldürənlərin adına küçə salınıb

 

Bakının Sabunçu qəsəbəsində bir küçə 26 Bakı Komissarının adını daşıyır.
 

Bu biabırçı faktı "Kaspi” qəzetinin əməkdaşı, jurnalist Azər Nuriyev müəyyən edib.

Belə ki, jurnalist Sabunçu qəsəbəsində yaşayan qohumlarının evinə gedərkən küçənin Bakı komissarlarının adına olduğunu görüb: "1918-ci ildə on minlərlə soydaşımızı qanına qəltan edən erməni və bolşevik cəlladlarının cəm olduğu 26 Bakı komissarının xatirəsi qəsəbədə əbədiləşdirilib. 2017-ci ildə 26 Bakı komissarının adını daşıyan küçənin hələ də mövcud olduğunu kimə desən, bəlkə də inanmaz. Baxmayaraq ki, şəhərdə Bakı komissarlarına aid bütün abidələr və adlar götürülüb, burada onların adını daşıyan küçə hələ də qalır”.

Jurnalist qeyd edib ki, ilk əvvəl bu lövhənin yaddan çıxıb qaldığını düşünüb: "Dedim, bəlkə, bu lövhə bir yerdədir, o da yaddan çıxıb qalıb. Lakin küçə boyu addımladıqca, hər tindən "26-lar” sözünə rast gəldim. Özü də latın qrafikası və yeni ştampda. Və yarı yolda düşüb, həmin ərazidən yaşayan insanların mövqeyinin öyrənmək marağı mənə üstün gəldi. Lövhəni qoparmaq istəsəm də, sakinlər dedilər ki, əbəs yerə cəhd etmə. Dəfələrlə sökülsə də, yenisini yapışdırıblar. Söhbət etdiyim gənclərin əksəriyyəti bunu vaxtilə qətlə yetirilən soydaşlarımızın xatirəsi üçün təhqir hesab etdiklərini bildirdilər. Küçənin sakinləri həmin adın keçmiş sovet vaxtından qaldığını deyirlər. Sakinlərin sözlərinə görə, küçəyə tarixi şəxsiyyətlərimiz, şəhidlərimizin adı verilsə, onlar üçün qürur və şərəf olar”.

Məsələ ilə bağlı Sabunçu rayon İcra Hakimiyyətindən bildiriblər ki, sözügedən və bir neçə başqa küçələrin adının dəyişdirilməsi ilə bağlı Nazirlər Kabinetinə müraciət edilib: "Həmin küçənin də adı dəyişdiriləsi adlar siyahısındadır. Nazirlər Kabinetinin müvafiq qərarından sonra küçənin adı dəyişdiriləcək".

Bununla bağlı jurnalist Nazirlər Kabineti ilə əlaqə saxlayıb. Lakin qurumun mətbuat xidmətinin rəhbəri Akif Əli bildirib ki, rayon icra hakimiyyətinin məsələ ilə bağlı heç bir müraciəti olmayıb: "Hətta Akif Əli məsələni NK-nin bir neçə əlaqədar şöbəsi ilə də dəqiqləşdirdi. Cavab isə belə oldu ki, bu, birbaşa Bakı Şəhər İcra Hakimiyyətinin səlahiyyətində olan məsələdir”.

Qeyd edək ki, BŞİH-in mətbuat xidmətindən telefon zənglərinə cavab verən tapılmayıb. Əksər mütəxəssislərin fikrincə Azərbaycan xalqına başda Stepan Şaumyan olmaqla və 26 Bakı Komissarının apardığı rəzalət milli tariximizin ən çox utancverici olaylarından biri hesab olunur. Gözləri hər şeydən iti görən Bakı şəhər meri Hacıbala Abutalıbovun günün bu vaxtında başkənddə küçələrdən birinə belə bir adın qoyulması əmrini verdiyinə görə, ən azından ona 10 həbs cəzası düşür.

Xudaferin.eu

 

 

09:28