Bakı Uşaq Teatrı “Qızıl çinar” ödülünü qazandı

Türkiyənin İstanbul şəhərində 11-ci “Uluslararası Biləcik Teatr Festivalı”nın açılış törəni  keçirilib. Festivalda Azərbaycanı Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin nəzdində fəaliyyət göstərən “Bakı Uşaq Teatrı” təmsil edir.

İdarədən bildirilib ki, mərasim kiçik konsert proqramı ilə başlayıb. Daha sonra törəndə  üç sənətkara “Qızıl çinar” mükafatı təqdim edilib. Bu sənətkarlardan biri Bakı Uşaq Teatrının bədii rəhbəri və direktoru İntiqam Soltandır.
Bələdiyyə başçıları və dövlət rəsmilərinin iştirak etdikləri törəndə Türkiyənin mədəniyyət və turizm naziri Nəbi Avcı teatr festivalının 10 ildən bəri uğurla keçirilməsindən söz açıb, qardaş ölkə Azərbaycanın bu tədbirdə təmsil olunmasının sevindirici hal olduğunu vurğulayıb. Nazir Bakı Uşaq Teatrının festivalda təqdim etdiyi “Vətən” və “Sıravi Dursun” tamaşalarının türkiyəli teatrsevərlər tərəfindən bəyəndiyini bildirib. Festival noyabrın 30-dək davam edəcək.

Xudaferin.eu

10:37