Bakı Paşinyana qiymətli vaxt verdi, o isə... möhləti fürsət bildi

İrəvan Qarabağ məsələsində status-kvonu süni şəkildə daha neçə il uzada biləcək? Politoloq: “Ermənistanın baş naziri Ter-Petrosyanın siyasi taleyini təkrarlaya bilər...”

Artıq əminliklə söyləmək olar ki, işğalçı Ermənistanın başında istər “qarabağlı” dursun, istərsə də “yerli” erməni, istər Xocalı caniləri - Serj Sərkisyan və Robert Köçəryan olsun, istərsə də “demokrat” Nikol Paşinyan, rəsmi İrəvan öz xoşu ilə sülhə gəlməyəcək. O ya güclü beynəlxalq təzyiq olacağı halda Qarabağ məsələsində konstruktiv mövqe tutacaq, ya da Azərbaycan Ordusu Dağlıq Qarabağ ətrafında əhəmiyyətli bir ərazini boşaltmalıdır ki, düşmən tərəf ədalətli sülhə razılıq verməkdən savayı yolunun qalmadığını qət eləsin.

Necə deyərlər, “İlanın ağına da lənət, qarasına da”. Ermənistanın hazırkı rəhbəri Nikol Paşinyanın iki ildən artıq müddətdə problemlə bağlı konstruktiv mövqe tutmaması, əksinə, “Dağlıq Qarabağ Ermənistanındır və nöqtə” tipli sərsəm bəyanatları ilə sülh danışıqlarına kövrək inamı da darmadağın etməsi, sələfləri kimi, status-kvonu, yəni işğal rejimini süni surətdə uzatması yuxarıdakı qənaətimizə şübhə yeri saxlamır. Üstəgəl, ötən ay Tovuzla sərhəddə törədilən təxribat nəticəsində 76 yaşlı soydaşımızın qətlindən sonra artıq Paşinyanın əlinin də dinc azərbaycanlıların qanına batdığını söyləmək olar. Qısası, onu Xocalı hərbi caniləri S.Sərkisyan və R.Köçəryandan müsbət mənada fərqləndirən heç nə qalmadı.   

Yeri gəlmişkən, Tovuz təxribatına görə erməni tərəfinin günahı Azərbaycanın üstünə atmasına rəğmən, İrəvan beynəlxalq birliyi öz yalanına inandıra bilmədi. Hətta Rusiyanın erməni kökənli xarici işlər naziri Sergey Lavrov belə, gec də olsa etiraf etdi ki, təxribatda günahkar olan tərəf Azərbaycanın neft-qaz kəmərlərinin 15 km-dən keçən köhnə nəzarət-buraxılış postunu ələ keçirmək istəyən Ermənistandır. ABŞ Konqresinin Nümayəndələr Palatası isə ilk dəfə olaraq, Ermənistanın Azərbaycan ərazilərinin işğalını təsdiqləyən mühüm bir qətnamə qəbul etdi.

O da diqqət çəkicidir ki, sərhəd təxribatı məhz Ermənistanda müdafiə naziri David Tonoyanın təşəbbüsü ilə yeni hərbi konsepsiyanın qəbulundan az sonraya təsadüf edib. Həmin sənəddə yeni müharibə nəticəsində təzə ərazilər ələ keçirmək tezisi yer alır. 

*****

Paşinyan: Ermenistan 2050'ye kadar en az 25 Olimpiyat madalyası almalı -  Ermeni haber ajansı

 

Amma Nikol Paşinyan hakimiyyətə təzə-təzə gələndə rəsmi Bakı onun öz xahişi ilə ona tarixi bir şans - vaxt verdi və böyük bir jest etdi. O ümidlə ki, “Qarabağ klanı”nın 20 illik hakimiyyətini devirən Paşinyan, nəhayət, sələflərindən fərqli olaraq, konfliktin nizamlanmasında realist, dürüst bir mövqe tutacaq və Bakı ilə nəticəyə hesablanmış danışıqlara başlayacaq. Azərbaycan Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda konstruktiv iştirakını təmin etdi, əfsus ki, Ermənistan hakimiyyət dəyişikliyinə baxmayaraq, ənənəvi siyasət yürütməkdə davam etdi.

Bu yerdə Azərbaycanın Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “TRT World”a müsahibəsində bir məqamı yada salmaq lazım gəlir. H.Hacıyev deyib ki, Paşinyan hakimiyyətə gələndə Azərbaycan həqiqətən də ehtimal edib ki, o, Qarabağla bağlı ölkənin əvvəlki rəhbərliyindən fərqli bir siyasət yürüdəcək.

Hikmət Hacıyev “TRT World” televiziyasına müsahibə verib - VİDEO | 1news |  Xəbərlər

 

Prezidentin köməkçisi Düşənbədə Azərbaycan prezidenti İlham Əliyevlə Paşinyan arasındakı görüşü xatırladaraq bildirib ki, o zaman Ermənistanın baş naziri ona Ermənistanda bəzi dəyişikliklər etmək, parlament seçkilərinə hazırlaşmaq və sair işlər üçün vaxt verməsini xahiş edib. “Öz növbəsində, Azərbaycan danışıqlar prosesində konstruktiv iştirakını təmin etdi və möhləti verdi, atəşkəsin təmin edilməsi üçün tədbirlər gördü, amma təəssüf ki, Ermənistan tərəfdən qarşılıqlı münasibət görmədik”, - Hikmət Hacıyev bildirib.

Ermənistan hökumətinin öz destruktiv siyasətini davam etdirdiyini söyləyən PA rəsmisi “Bu siyasətin mahiyyətində yeni ərazilərə sahiblənmək və yeni müharibələrə çağıran Ermənistanın hərbi hücum doktrinası durur”, - deyə əlavə edib.

Azərbaycan ordusu iyulun 12-si Ermənistanın Tovuz rayonu ilə həmsərhəd  Tavuş rayonundan törədilən növbəti təxribata qarşı layiqli cavab vermişdir  - Xəbərlər - QAX RAYON Icra Hakimiyyəti

Zatən, Tovuzla sərhəddə törədilən təxribat buna şəkk-şübhə saxlamadı. 

*****

Beləcə, Paşinyan da sələfləri kimi Azərbaycan torpaqlarının işğalını rəsmiləşdirmək üçün atəşkəs rejimini süni surətdə uzatmağa hesablanmış kursa sadiqdir. Eyni zamanda, o, iki qlobal güc mərkəzi - Rusiya və Qərb arasında oynamaqla işğalçı Ermənistanın bu kursu üçün daha etibarlı zəmanət axtarışındadır.

Lakin siyasi təhlilçilərə görə, populist və yalançı Nikol Paşinyanın “ikiüzlü” siyasəti Ermənistana yaxşı heç nə gətirə bilməz. Gətirsəydi, indiyədək gətirərdi. Gerçək bundan ibarətdir ki, inqilabdan sonra işğalçı ölkədə nə iqtisadiyyat dirçəlib, nə də əhalinin yaşayış səviyyəsi yüksəlib. “Məxməri” baş nazirin “iqtisadi möcüzə” haqda vədini də artıq xatırlayan yoxdur. O isə hələ də əsassız vədlər verməklə bədbəxt erməniləri aldatmağa davam edir.

“Ermənistan hökuməti başçısının hərəkətlərindəki həddən artıq impulsivliyi xeyli dərəcədə məxməri inqilabdan sonra ölkəsində formalaşan dövlət mexanizmlərinin qeyri-yetkinliyi ilə əlaqədardır”.

“Yeni Müsavat”ın məlumatına görə, bu sözləri rusiyalı tanınmış ekspert Denis Korkodinov deyib.

Onun sözlərinə görə, mövcud şəraitdə hətta beynəlxalq ekspertlər belə, Ermənistan rəhbərliyinin bəyanatlarına istehza ilə yanaşmaq zorundadırlar. “2018-ci ildə Ermənistandakı inqilab əsasən ABŞ və Avropa ölkələrinin konsolidasiya edilmiş rəhbərliyinə əsaslanırdı. O dövrə kimi isə artıq pərdə arxasında Ermənistan dövlətinin əhəmiyyətli bir hissəsini nəzarətə götürmüşdü”, - deyə o vurğulayıb.

Sözünə davam edən analitik deyib: “Serj Sərkisyanın prezidentliyinin son anlarında Rusiyaya yaxınlaşmağa çalışması İrəvanda hakimiyyət dəyişikliyini alqışlayan Qərb şirkətlərini narahat edirdi. Bununla yanaşı, Ermənistan siyasətinin liberallaşdırılacağını vəd edən Paşinyan dövlət rıçaqlarını ələ keçirən kimi repressiyalara və Moskva ilə oyun oynamağa meyilliliyini büruzə verdi. Bundan əlavə, Ermənistan hökuməti başçısının dəqiq və təsdiqlənmiş fəaliyyət proqramının olmaması hələ də Qərb tərəfdaşlarını məyus edir - hansılar ki, İrəvanla konstruktiv dialoqun inkişafına ümid etməkdənsə, Bakı ilə sıx əməkdaşlığın gücləndirilməsi variantını nəzərdən keçirməyə üstünlük verirlər”.

*****

Bu arada Nikol Paşinyanın öz ölkəsində reytinqi düşməyə, paralel surətdə isə ondan narazılıq artmağa davam edir. Bu da məntiqlidir. İnqilabdan iki ildən çox vaxt keçir, amma erməni əhalinin sosial-iqtisadi durumunda zərrəcə yaxşılaşma yoxdur. Ən əsası ermənilərin Paşinyan dönəmində də gələcəyə inamı sarsılıb. Bir yandan da pandemiya onsuz da kasıb Ermənistanın vəziyyətini daha da qəlizləşdirib, ağır problemləri bir az da ağırlaşdırıb.

Bəs hay-küylü vədlərlə hakimiyyətə gələn “inqilabçı” baş nazirin siyasi aqibəti necə görünür?  

Türkiyə xarici əməkdaşlığını gücləndirir

Ərəstun Oruclu

“Ermənistan baş naziri Levon Ter-Petrosyanın siyasi taleyini təkrarlaya bilər”. Bunu politoloq Ərəstun Oruclu Teleqraf.com-a deyib.

Onun sözlərinə görə, Paşinyan hökumətinin taleyini iki məsələ həll edə bilər: “Ermənistanın Qarabağda qismən də olsa məğlubiyyəti və sosial-iqtisadi depressiya. Gəlin bunu da unutmayaq ki, daxili təzyiqlər də bu və ya digər dərəcədə Rusiya ilə birbaşa əlaqəlidir. Odur ki, hər şey erməni cəmiyyətinin mövqeyindən asılı olacaq”.

Analitik hesab edir ki, Paşinyan hökumətinin reytinqinin düşməsi hələ heç nə demək deyil, belə hallar istənilən ölkədə müşahidə olunur. “Hakimiyyətə gəlmək üçün verilən vədlər həyata keçməyəndə etimad krediti kəskin düşür, amma bu, hakimiyyətin dəyişməsi üçün kifayət edən amil deyil. Dediyim kimi, ya çox dərin sosial-iqtisadi depressiya, ya da Azərbaycana qarşı işğalçı siyasətdə uğursuzluq Paşinyan hökumətinin taleyini gündəmə gətirə bilər. Hələlik isə bunlar görünmür, amma bu tip ölkələrdə fors-major ehtimalını da nəzərdən qaçırmaq olmaz. Paşinyan Moskvaya indikindən bir qədər də çox başağrısı verəcəyi halda, həmin situasiyalarla üzləşə və Levon Ter-Petrosyanın siyasi taleyini təkrarlaya bilər”, - deyə o qeyd edib.

Belə görünür ki, həll olunmamış Qarabağ məsələsi düşmən ölkədə hələ çox siyasətçinin başını “yeyəcək”. Çünki bu problem Ermənistanın problemlərinin başında gəlir, yəni açar problemdir və o çözülmədən erməni xalqı ağ günə çıxmayacaq...

xudaferin.eu

10:06