Bakı Musiqi Akademiyasında ustad dərsləri keçiriləcək

 

Martın 19-dan 26-dək Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında “Erasmus” layihəsi çərçivəsində ustad dərsləri təşkil olunacaq.

Bakı Musiqi Akademiyası və Luici Kerubini adına Florensiya Konservatoriyasının birgə keçirəcəyi ustad dərslərində akademiyanın müəllim və tələbə heyəti iştirak edəcək.

Xalq artistləri Xuraman və Fidan Qasımova bacılarının da qatılacağı ustad dərsləri çərçivəsində konsert proqramı nəzərdə tutulur.

Qeyd edək ki, layihə ölkələrarası mədəni əlaqələrin möhkəmləndirilməsini təmin etmək və milli mədəniyyətlərin mübadiləsini həyata keçirmək məqsədi daşıyır.

Xudaferin.eu

09:13