Bakı Musiqi Akademiyasında konsert

 

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) tələbə və müəllimlərin hesabat konserti keçirilib.
 

Konsertdə ilk öncə əməkdar incəsənət xadimi, fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadə, BMA-nın kafedra müdiri, xalq artisti, professor Xuraman Qasımova və akademiyanın humanitar fənlər kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Tərlan Quliyev çıxış edərək son illərdə Bakı Musiqi Akademiyasının sənət uğurlarından danışıblar. Musiqi Akademiyasının bir sıra müəllimləri və eləcə də tələbələrinin uluslararası əldə etdikləri sənət uğurları haqqında ətraflı açıqlamalar verilib. Bununla yanaşı, Musiqi Akademiyasında tədrisin keyfiyyətinin ötən illərə nisbətən daha da artması, bir sıra musiqi proqamlarının hazırlanmasında müəllim və tələbə heyətinin birgə səyləri nəticəsində hazırlanması, Azərbaycanda klassik musiqi janrında keçirilən bir sıra uluslararası musiqi festivallarındakı iştirakdan və digər məsələlərdən ətraflı bilgilər verilib. Məruzə xarakterli çıxışlardan sonar isə konsert proqramı ilə bir-birindən maraqlı musiqi nömrələri səsləndirilibdir.

Xudaferin.eu

09:40