Bakı meriyasında yeni - TƏYİNAT

Səbail rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Bakı şəhər İcra Hakimiyyəti başçısının birinci müavini təyin olunub. 

Bunu Səbail Rayon İcra Hakimiyyəti (RİH) Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri İsrafil Kərimov Oxu.Az-a açıqlamasında bildirib:

“Hələlik başçının səlahiyyətlərini yerinə yetirəcək”.

Xatırladaq ki, Bakı şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Hacıbala Abutalıbov baş nazirin müavini təyin olunub.

Qeyd edək ki, bu barədə ilk məlumatı Qafqazinfo.az saytı yayıb.

Oxu.az

14:00