Bakı-Batumi neft kəmərinin bir hissəsi Gürcüstanın mədəni abidələri siyahısına daxil edilib

Bakı-Batumi neft kəmərinin Gürcüstanın qədim paytaxtı Mtsxeta şəhərində yerləşən aralıq nasos stansiyası Gürcüstanın daşınmaz mədəni abidələri siyahısına daxil edilib.

Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, bununla əlaqədar Gürcüstanın Mədəni Abidələrin Mühafizəsi üzrə Milli Agentliyinin direktoru Nikolaz Antidze müvafiq əmr imzalayıb.

Sənəddə nasos stansiyasının tarixi əhəmiyyəti xüsusi qeyd olunur və bu sahənin Gürcüstanın milli mədəni-tarixi abidələrindən biri olduğu vurğulanır.

Nasos stansiyasının uzunluğu 33 metr, eni 17,5 metr, hündürlüyü 10,30 metr, ümumi sahəsi 424 kvadrat metrdir.

Qeyd edək ki, bu kəmər XIX əsrin 70-ci illərində Bakıdan Batumiyə ağ neft daşımaq üçün tikilib.

Xudaferin.eu 

05:50