Bakı Baş Polis İdarəsinin rəisi Beynəlxalq Maqnitski Aktı siyahısı üçün hədəfdə

 

23 beynəlxalq təşkilat ABŞ Dövlət Katibi Reks Tillerson və maliyyə naziri Steven Mnuçinə müraciət ünvanlayıblar. Müraciətdə Bakı Baş Polis idarəsinin rəisi Mirqafar Seyidov və 14 başqa xarici rəsmiyə qarşı sanksiyalar tətbiq edilməsinə çağrılır. Adları sadalanan rəsmilər müxtəlif növ insan haqları pozuntularında və korrupsiya əməllərində ittiham olunurlar.

"Qlobal Maqnitski Aktı Tramp administrasiyasına çox zaman cəzasını almayan insan haqlarını pozan və korrupsioner rəsmiləri cavabdeh tutmaq üçün misilsiz imkan bəxş edir," deyə məktuba imza atmış Freedom House prezidenti Maykl Abramovtiz bildirib. Onun sözlərinə görə Qlobal Maqnitski Aktı rəsmi Vaşinqton üçün gələcək insan haqları pozuntularının qarşısını almaq üçün qüdrətli bir vasitədir. Seyidov qurbanlardan birini zorlama ilə hədələyib, digərlərinə isə polis idarəsinin tualetini təmizlədib və olayı lentə alıb.

Məktubda qeyd olunur ki, Mirqafar Seyidov 2016-cı ildə keçmiş prezident Heydər Əliyevin heykəlinə şüar yazan Bayram Məmmədov və Qiyas İbrahimova verilən işgəncələrdə iştirak edib. Həmçinin başqa hadisələrdə əli olduğu bildirilən generalın polislərin qurbanları döyməsinə birbaşa nəzarət etdiyi deyilir. "Seyidov qurbanlardan birini zorlama ilə hədələyib, digərlərinə isə polis idarəsinin tualetini təmizlədib və olayı lentə alıb," məktub müəllifləri ABŞ nazirlərinə xatırladır. ABŞ Konqresinin ötən ilin sonunda qəbul etdiyi bu akt Amerika prezidentinə "insan haqlarını pozan və ya korrupsiyaya bulaşmış" xarici rəsmilərə qarşı sanksiyalar tətbiq etmək səlahiyyəti verir.
Konqresin qəbul etdiyi Qlobal Maqnitski Aktı ABŞ administrasiyasına insan haqlarını pozan və korrupsiyaya bulaşan xarici rəsmilərə qarşı viza sanksiyaları tətbiq etməyə və onların xaricdəki maliyyə vəsaitlərini dondurmağa imkan verir. Konqresin qəbul etdiyi Qlobal Maqnitski Aktı ABŞ administrasiyasına insan haqlarını pozan və korrupsiyaya bulaşan xarici rəsmilərə qarşı viza sanksiyaları tətbiq etməyə və onların xaricdəki maliyyə vəsaitlərini dondurmağa imkan verir. Söhbət əsasən onlara qarşı viza qadağasından və ABŞ-dakı aktivlərinin dondurulmasından gedir.

Sentyabrın 7-də ABŞ Senatoru Riçard Durbin Mehman Əliyevin həbsində iştirakı olan Azərbaycan rəsmilərinə qarşı sanksiyalar barədə ABŞ Senatına düzəliş təqdim etmişdi. Həmin düzəlişdən sonra jurnalist Mehman Əliyev məhkəmənin qərarı ilə azadlığa buraxıldı.

Mirqafar Seyidov Bakı şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayorudur. İşgəncələrdə ittiham olunan polis rəisi Azərbaycan prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə “İgidliyə görə” medalı və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.

Heydər Əliyevin heykəlinə şüar yazdığına görə həbs edilən gənclərdən biri Qiyas İbrahimov ifadəsində bildirmişdi ki, onu Bakı Şəhər Polis İdarəsinin rəisinin yanına gətiriblər və rəis Mirqafar Seyidov onu hədələyərək bildirib ki, onun qabağında oturmurlar, diz çökürlər. Bundan sonra Qiyas İbrahimovu gətirən əməkdaş dizinin arxasından təpiklə vurub və işgəncə verməyə başlayıb.

Gənc fəallar Bayram Məmmədov Qiyas İbrahimov 2016-cı il mayın 10-da saxlanıblar. Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, B. Məmmədovdan 2.904 qram, evinə baxış zamanı əlavə olaraq 1 kiloqram 150 qram heroin aşkar edilib. Onunla birlikdə saxlanan Q.İbrahimovdan da 2.607 qram, yaşadığı mənzilə baxış zamanı isə əlavə 1 kiloqram 10 qram heroin tapıldığı iddia edilir. Qiyas İbrahimov oktyabrın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il azadlıqdan məhrum edilib. Gənc fəal məhkəmədə deyib ki, o, məhz Heydər Əliyevin doğum günü abidəsinə «Qul bayramınız mübarək!» yazdığına görə həbs edilib. Seyidov siyasi fəal Qiyas İbrahim və onun yoldaşı Bayram Məmmədova işgəncə verilməsinə rəhbərlik etməkdə ittiham olunur. Digər gənc fəal Bayram Məmmədov da dekabrın 8-də eyni ittihamla 10 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ABŞ Konqresi 2016-cı il dekabrın 9-da Qlobal Maqnitski İnsan Haqları Cavabdehliyi Qanununu (“Global Magnitsky Human Rights Accountability Act”) qəbul edib.

 

Bu qanun 2012-ci ildə qəbul edilmiş Maqnitski İnsan Haqları qanununun təsir dairəsini daha da genişləndirir. Əvvəllər bu qanun yalnız Rusiya vətəndaşlarına şamil edilirdisə, indi yeni qanun hər bir ölkəni əhatə edə bilər.

Amerikaninsesi.org

 

09:09