Babək Çələbiyanlı: Murtaza Muradpur Güney Azərbaycan gəncliyinin dirəniş simvoluna çevrilib

Güne Azərbaycan Milli Hərəkatının fəallarının verdiyi məlumata görə, tanınmış milli fəal Mürtəza Muradpur 65 gündən sonra Təbriz həbsxanasında aclıq aksiyasını dayandırıb. Mürtəza Muradpurun aclıq aksiyası Güney Azərbaycanda 2016-cı ilin ən önəmli siyasi olaylarından biri kimi dəyərləndirilir.

ABŞ-da yaşayan milli fəal Babək Çələbiyanlı “Amerikanın Səsi” radiosunun əməkdaşları ilə Güney Azərbaycanda ilin mühüm hadisələrini müzakirə edib. Babək Çələbiyanlı bildirib ki, Mürtəza Muradpur aclıq aksiyası ilə Güney Azərbaycan Milli Hərəkatının fəallarının mücadiləsinə uluslararası düzəndə diqqətin yönəltməsinə nail oldu. İran parlamentində “Türk Bölgələri Fraksiyası”nın yaradılmasını bu ilin ən önəmli olayları  arasında göstərilir. Babək Çələbiyanlı bunu önəmli addım adlandırır. "Onlar bizi türk olaraq qəbul etmirdilər. Deyirlər ki, sizin milli azlıqsınız, türk deyil. Siz fars idiniz, türklər gəlib sizin dilinizi dəyişiblər. Bu türk fraksiyasının yaranması ilə bu yanlış nəzəriyyəyə son qoyulur."
O, fraksiya üzvlərinin Azərbaycan Türklərinin tələbləri və istəklərini ifadə edəcəyinə ümidini ifadə edib. Onlar bizi türk olaraq qəbul etmirlər. Deyirlər ki, sizin etnikiniz türk deyil. Siz fars idiniz, türklər gəlib sizin dilinizi dəyişiblər. Bu türk fraksiyasının yaranması ilə bu yanlış nəzəriyyəyə son qoyulur. Bu il Təbriz universitetində türk dili bölümünün açılması milli fəallar arasında müzakirələr və mübahisələrə səbəb olan məsələlərdən biridir. Babək Çələbiyanlı bunu müsbət və önəmli addım hesab etsə də bildirir ki, Güney Azərbaycan Türklərinin əsas istəyi ana dilinin ibtidai məktəblərdə tədrisindən ibarətdir.
Onun sözlərinə görə, yeni ildən Zəncan vilayətinin ibtidai məktəblərindən birində ana dilinin tədrisinə icazə verəcəyi gözlənilir. Babək Çələbiyanlı Güney Azərbaycan Milli Hərəkatının fəallarının bu yöndə fəaliyyətlərini davam etdirdiyini deyib.
O, İran həbsxanalarında çox sayda Güney Azərbaycan Milli Hərəkatının fəallarının olduğunu qeyd edib: "Keçən 2016-cı ildə baxsaq, gündə olmasa da, həftədə bir fəal İran rejimi tərəfindən haqsız olaraq tutulub. Orada bütün həbslər haqsızdır. Orada bizim insanlarımız sadəcə öz hüquqlarını istəyir və əksəriyyəti də Ana Yasa qanunlarına  dayanaraq, öz hüquqlarını və ana dilində təhsil hüququnu tələb edirlər. Məsələn, Urmu gölünü qurtarmaq üçün insanlar çıxırlar dinc şəkildə aksiya keçirirlər. "Bizim gölümüzü qurutmayın" deyə. Onları tuturlar və həbsxanalarda cəza çəkirlər. İndi həbsxanalarda  çoxlu sayda Güney Azərbaycan Milli Hərəkatının fəalları var. İnsan haqları qanunlarına baxsaq, İranın öz qanunlarına da əməl etsələr belə onlar indi zindanda olmamalıdır."
İran rejimi bilməlidir ki, haqsızca Güney Azərbaycan Milli Hərəkatının fəallarını tutmaqla, döyməklə, zindana salmaqla bizləri susdura bilməyəcək.
Babək Çələbiyanlı İran rejiminin Güney Azərbaycan Türklərinin ana dili və Urmu gölünün quruması kimi tələblərinə həbslərlə cavab verdiyini deyib və bu həbslərlə milli fəallarının susdurlmayacığını əlavə edib: "İran rejimi bilməlidir ki, haqsızca Azərbaycan milli fəallarını tutmaqla, döyməklə, zindana salmaqla bizləri susdura bilməyəcək. Biz öz hüququmuzu, haqqımızı tezliklə açacayıq."
O, Murtaza Muradpur kimi gənclərin buna nail olacağına ümid bəslədiyini bildirib.

Xudaferin.eu

11:35