Babək Bəxtavər: Ruhani İranın indiki xarici siyasətinin davamı üçün seçilməli idi

 

Babək Bəxtavər: “İranda prezident seçkiləri nəticələrinin İslam Respublikasının son dörd ildə yürütdüyü xarici siyasətə uyğun şəkildə müəyyənləşdiyini ifadə edir”.

Güney Azərbaycan Milli Hərəkatının fəallarından biri olan Babək Bəxtavər “Amerikanın Səsi” radiosuna müsahibəsində müxtəlif siyasi qruplar, o cümlədən ölkə xaricində fəaliyyət göstərən Tehran rejiminin müxaliflərinin Həsən Ruhaniyə dəstək vermələrinin səbəblərini dəyərləndirib.

İngiltərədə yaşayan fəal müsahibədə həmçinin türk fəalların prezident seçkilərinə münasibətini və türklərin səsvermədə iştirak səviyyəsi haqqında danışıb. Babək Bəxtavərin fikrincə, həm fars millətçiliyinə söykənən müxalif qruplar, həm də şiəçiliyə söykənən hakimiyyət Həsən Ruhaninin prezident seçilməsini istəyirdilər. Fars millətçiləri hökümətə deyirlər ki, biz səndən demokratiya, mədəni azadlıqlar istəmədik. İndilik anlaşırıq ki sən hakimiyyətdə olasan... Sadəcə beynəlxalq sahədə ölkəni böhranlara sövq edən siyasət yürütməyin.
Onun dediklərinə görə, “bu seçkilərin nəticələri İranın keçən dörd ildə yürütdüyü siyasətin davamıdır. Belə də demək olar ki, bu seçkilərdə fars millətçiliyinə söykənən İran müxalifləri ilə şiəçiliyə söykənən islami hökümət arasında yazılmamış bir anlaşma var idi. Ruhaninin seçilməsi gözlənilirdi. Son dörd ildə İran hakimiyyətinin başındakılar, yəni Xameneyi və Sepahın xarici və daxili politikasına ən uyğun namizəd Həsən Ruhani idi.”

Bəxtavər əlavə edir, “səbəbi budur ki, Ruhani müxalifləri ən az bədəl ödəyərək susdura bilən namizəddir... Son dörd ildə siyasi qruplara verilən vədlərə əməl olmadığına baxmayaraq ciddi bir etiraz səsi çıxmadı... Ruhani nüvə məsələsində də rahat irəliləmə əldə edə bilər...”

Türk fəal İranda prezidentlərin vəzifəsinin öncədən müəyyənləşdirilmiş siyasətləri həyata keçirmək olduğuna diqqət çəkir. Hər hansı siyasətçi və namizəd gəlsə, o siyasəti yürütməlidir. Seçki kampaniyalarında da Xameneyi çox açıq dedi ki, təbliğatda xarici siyasətə dair danışılmamalıdır.

O, deyir ki, “hakimiyyətin əsas gövdəsi bir qərar alır. Hər hansı siyasətçi və namizəd gəlsə, o siyasəti yürütməlidir. Seçki kampaniyalarında da Xameneyi çox açıq dedi ki, təbliğatda xarici siyasətə dair danışılmamalıdır. Daxili siyasətə gələndə də, gördük ki, mədəni azadlıqlar mövzusu ya hərbi mövzulardan bəhs etmədilər. Ancaq və ancaq namizədlərə iqtisadi mövzular üzərində danışmağa icazə verildi.”

Bəxtavər seçkilərdən öncə prezident Ruhaninin xeyrinə fəaliyyət göstərən müxaliflərin gözləntilərinə də işarə edir: “Ruhanini dəstəkləyən İran müxaliflərinin demokratiya və azadlıqlara dair tələbləri yox idi. Deyirdilər biz bunları gözləmirik. Bəs bunlar nəyi gözləyir? Bölgədə gərginliklər var. Suriya bunun bir nümunəsidir. İndi İranda dini bir hakimiyyət olsa da, bu dövlət-millət orada fars hegemonluğunu qorumaqdadır... Buna görə də, fars millətçiləri hökümətə deyirlər ki, biz səndən demokratiya, mədəni azadlıqlar istəmədik. İndilik anlaşırıq ki sən hakimiyyətdə olasan, səni devirmək niyyətimiz də yoxdur... Sadəcə beynəlxalq sahədə ölkəni böhranlara sövq edən siyasət yürütməyin. Bu tolerantlıq siyasəti ilə davam edin ki gərginlik olmasın, ölkə dağılmasın.”

Amerikaninsesi.org

09:10