“Azərsun”dan xalqa ərzaq terroru: dəhşətli qiymətlər

Ölkədə bahalaşma dalğası hər yeri bürüməkdədir. Artıq supermarketlərin vitrinlərində tariflər yenilənir. Artıq “Araz” supermarket şəbəkələrində qiymətlərin yenilənməsi prosesi başlanıb. Alıcıların sözlərinə görə, bütün işçilər səfərbər olunub və vitrinlərdə yeni qiymətlər yapşıdırılır. Gələn son xəbərə görə, bahalaşma əsasən ölkənin aparıcı və inhisarçı qida istehsalçısı olan “Azərsun” holdinqin məhsullarında müşahidə edilib. Bir neçə gün qabaq holdinq sözçüsü cüzi qiymət artımı olduğu barədə açıqlama versə də, heç də belə deyilmiş. Məsələn, “Araz” marketdə satılan şor 1 manat 25 qəpikdən 1 manat 99 qəpiyə qaldırılıb. Gündəlik tələbat məhsulu olan qarğıdalı yağının 5 kiloluq satışda olanı 11 manatdan 19 manata qalxıb. Çay, qənd, şəkər tozu və s. məhsulların da qiymətləri kəllə çarxa qalxıb. “Azərsun” holdinq açıq şəkildə prezidentin siyasətinə qarşı gedir, soyğunçuluq və inhisarçılıq edir, əhalini aclığa-səfalətə sürükləyir. Bununla şirkət abotajla məşğul olduğunu nümayiş etdirir. Qiymətlərin birdən-birə ceyran belinə qaldırılması əhaliyə qarşı “ərzaq terroru”dur. Holdinq açıq-aşkar bazarda inhisarçılıq edir və xalqı soymaq siyasətini davam etdirir. Prezident İlham Əliyev süni qiymət artımının yolverilməz olduğunu vurğulayıb. Amma ölkənin aparıcı istehsalat müəssisəsi olan “Azərsun” yeni il girər-girməz bahalaşmaya gedib. Üstəlik, holdinq bu bahalaşma müqabilində əməkdaşlarının maaşını artırmayıb. Yəni, şirkətin işçisinin belə öz istehsal etdiyi məhsulu marketdən baha qiymətə almağa imkanı yoxdur. Əmək Məcəlləsinə görə iş rejimi 8 saat olsa da, “Azərsun” işçilərini 12 saat istismar edir. Bu azmış kimi əmək haqları da qalxmır. Əvəzində isə bahalaşma tüğyan edir. Bu halda ölkə rəhbərliyinin təxirəsalınmaz müdaxiləsinə zərurət yaranacaq. Qiymətlərin bazarlarda tənzimlənməsi üçün dərhal dövlət müdaxilələr olmalıdır.

Antiböhran tədbirlərinin ləng getməsi nəticəsində iri mağazalar, dükanlar, yarmarkalar müflisləşir, bağlanır, minlərlə insan iş yerlərini itirir. Xalq elə bir vəziyyətlə qarşılaşıb ki, öz başına çarə axtarmalıdır. Azərbaycan hökuməti idarəçilik sistemi elə qurulub ki, əhalinin pul gəlirlər daha az templə artır, qiymətlər isə daha da sürətli xarakter alıb. Nəticə etibarı ilə qiymətlərin artım tempi əhalinin pul gəlirlərinin artım tempini üstələyir. Sonucda ərzaq və qeyri-ərzaq satışı ilə məşğul olan obyektlərdə alıcılıq qabiliyyəti aşağı düşür.

Politika.Az

19:45