“Azərbaycanlılara qarşı törədilən cinayətlərin istintaqı davam edir”

Ukrayna prokurorunun  müavini bu istiqamətdə istintaq işlərinin getdiyini bildirdi

Ukraynada azərbaycanlılara qarşı törədilən cinayətlərin istintaqı davam edir. Bu proses Ukrayna baş prokuroru Yuri Lutsenkonun şəxsi nəzarəti altındadır”. Bunu Ukrayna baş prokurorunun müavini Yevgeni Yenin deyib.
Bu ölkədə azərbaycanlılara qarşı törədilən cinayətlərin araşdırılması və günahkarların aşkara çıxarılaraq cəzalandırılması ilə bağlı görülən işlərdən danışan baş prokurorun müavini vurğulayıb ki, prosesi dayandırmaq niyyətində deyillər.
“Bildiyimə görə, Ukrayna baş prokuroru Yuri Lutsenko yaxın zamanlarda Azərbaycana səfər edəcək. Səfər zamanı azərbaycanlı həmkarlarımızı məsələ bağlı əldə olunan irəliləyişdən xəbərdar edəcəyik. Azərbaycanlı həmkarlarımızın bizə ünvanladığı işlərlə bağlı həqiqəti üzə çıxarana qədər irəliləyəcəyik”, – deyə Y.Yenin bildirib.

Hurriyyet.org

 

10:45