Azərbaycanlılara işgəncə verən generalın arvadı həbs edildi

Ermənistanda hüquq mühafizə orqanları qanunsuz silah-sursat saxlamaq və iri məbləğdə vəsaiti mənimsəməkdə ittiham olunan general Manvel Qriqoryanın həyat yoldaşı Nazik Əmiryanı həps olunub. 

Əmiryanın adı, oğlu Karen Qriqoryanla birgə  general Manvel Qriqoryana qarşı qaldırılmış cinayət işində təqsirləndirilən şəxs qismində hallanır.

Xudaferin.eu xəbər verir ki, bu haqda “Sputnik-Armeniya” Ermənistanın xüsusi təhqiqat xidmətinə istinadən məlumat yayıb.

Qeyd edək ki, Manvel Qriqoryan Cəbrayıl və Füzulinin işğalı ilə bağlı əməliyyatlar zamanı azərbaycanlı əsirlərə qarşı xüsusi amansız rəftarı ilə seçilib.

Bu yaxınlarda o, azərbaycanlı əsirlər Dilqəm Əskərov və Şahbaz Quliyevin güllələnməsi təklifini irəli sürüb.

Xudaferin.eu

12:45