Azərbaycanlı veteranın Putindən istəyi Təhlükəsizlik Xidmətini hərəkətə keçirdi – üzbəüz şok tələb

 

9 May tarixində bütün keçmiş SSRİ ölkələri nasizm üzərində qələbəni qeyd edib.

Rusiya prezidenti Vladimir Putin bu məqsədlə Moskvanın Kreml sarayında müharibə veteranlarına qonaqlıq verilib. 1925-ci ildə Tovuzun Qəribli kəndində anadan olan, II Dünya müharibəsinin qəhrəmanı Sarıyev Qara Əli oğlu da Putinin təşəbbüsü ilə keçirilən qonaqlıqda iştirak edib. Veteran Putinlə üzbəüz baş tutan görüşü haqqında bunları deyib: "Vladimir Putinin çağırışı ilə Kreml sarayında oldum. Orada öyrəndik ki, qonaqlığı Putin öz cibindən verir. Bizim stolumuzda həm Azərbaycan yeməkləri, həm də rus mətbəxinin təamları var idi. Putin özü də məclisdə iştirak edirdi. Yaxınlaşıb Stalinin imzası olan təşəkkürnamələrimi, mükafatlarımı göstərdim. Məndən soruşdu ki, "Как я могу служить вам в Москве?" (Moskvada sizə necə xidmət edə bilərəm? - red.). Mən də qayıtdım ki, torpaqlarımızı qaytarmaqda köməklik göstərə bilərsiniz (Hər kəs ona bu sözü deməyə cürət etməz). Bunu deyəndə onun masasında əyləşən digər rəsmilər mənə tərs-tərs baxdılar və təhlükəsizlik xidməti məni qolumdan tutub qovmaq istəyirdi ki, Putin imkan vermədi. Komandasına "siz qarışmayın" deyib, bir az düşündükdən sonra cavab verdi: "Возрадуйтесь, веселитесь! Сегодня ваш праздник" (Sevinin, əylənin! Bu gün sizin bayramınızdır)".

Goldnews.az

 

09:57