Azərbaycanlı pianoçunun Türkiyədə yeni albomu təqdim ediləcək

 

Martın 25-də tanınmış pianoçu, əməkdar artist İslam Manafovun görkəmli bəstəkar F.Şopenin əsərlərindən ibarət yeni albomunun İstanbulda təqdimatı olacaq.

Əfsanəvi prodüser Kristofer Alderin rəhbərliyi ilə Almaniyanın Hannover şəhərində yerləşən “Bethoven” zalında yazılmış CD-albom artıq İsveçrə, Avstriya, Almaniya və digər ölkələrdə satışa çıxarılıb. İ.Manafovun ifasında ərsəyə gəlmiş albomun Avropada ilk təqdimat konserti Avstriyanın Vyana şəhərində keçirilib. Bir sıra diplomatik korpus nümayəndələrinin və dünya şöhrətli musiqiçilərin qatıldığı konsert proqramı anşlaqla keçib. Lüksemburqda çap edilən “Pizzicato” jurnalında həmyerlimiz haqqında məqalə dərc olunub.

Qeyd edək ki, İslam Manafov tərəfindən ifa olunan bu əsərlər Avropa və ABŞ-ın bir çox yerli radiolarında səsləndirilib. Albomu “iTunes” və “Spotify” kimi onlayn platformalardan dinləmək mümkündür.

Xudaferin.eu
Türkiyə, “İstanbul Bürosu”

09:34