Azərbaycanlı əməkdar rəssamın əsərləri beynəlxalq sərgidə nümayiş olunacaq

 

Amerikanın İndiana ştatının Noblesville şəhərində beynəlxalq sərgi açılacaq. Dünyanın tanınmış rəssamlarının, eləcə də 74 ölkənin təmsilçilərinin qatılacağı sərgi Amerikanın incəsənət qalereyasi World of Art təşkilatının rəhbəri xanım Cinny Lei Jimenez tərəfindən həyata keçiriləcək.
Qeyd edək ki, adı çəkilən bu sərgidə həmyerlimiz, əməkdar rəssam Mehriban Əfəndinin bir neçə əsəri yer alacaq. Bu qalereya ilə 2012-ci ildən əməkdaşlığa başlayan fırça ustası sərgilərdə Azərbaycan rəssamlığını layiqincə təmsil və təbliğ edir. Mehriban Əfəndi müxtəlif janrlarda əsərlər üzərində işləsə də, onun tablolarının koloriti, ideya və məzmunu daim tamaşaçılar tərəfindən böyük maraqla qarşılanmışdır.

Xudaferin.eu
ABŞ, “Vaşinqton Bürosu”

 

06:23