Azərbaycanlı gəncin İsveçdə möhtəşəm çıxışı (VİDEO)

İbrahim Nəsrullayev adlı azərbaycanlı  gənc İsveçdə "Talang 2017" yarışında öz ifası ilə yarı finala çıxmaqla bərabər bütün tamaşaçıları və münsiflər heyətini ağladıb. Təəssüflər olsun ki belə istedadlı gənclər Azərbaycandan didərgin salınırlar. Əvəzində isə sənətdən uzaq adamlar Azərbaycan səhnəsini əlinə alıblar.

Xudafərin.eu Videoda olan dialoqun tərcüməsini təqdim edir:

— Qarşımızda kimi görürük? 
— Mənim adım İbrahimdir və mənim 17 yaşım var . Mən sizin üçün oxumaq istəyirəm...
— Gözlə, İbrahim. Bizim üçün çox maraqlıdır, istəyirik ki, özün haqqında daha çox məlumat verəsən. 

sujet: — Mən İsveçə 1 il bundan öncə gəlmişəm. Ailəmizdə 3 nəfərik. Mən, anam və bacım. Ailəm mənim üçün hər şey deməkdir.

— Harda yaşayırsan?
— Mən Bodendə yaşayıram. Norbotten ərazisində yerləşir. Mən həm də bu çıxışımla Bodeni təmsil edirəm.
— Bodeni  sevirsənmi?
— Əlbəttə kim sevmir ki?...
— Sizdəmi həyəcanlısınız? ...
— Yox...
— Onlar da mənim qədər həyəcanlıdırlar.
— Bir şeyi aydınlaşdırmaq istəyirəm. Sən hazırda İsveçdəsən. Burada uzunmüddətli qalacaqsınız ya necə?...
— Bəli...
— Yox, bilmirik.
— Bu çox maraqlıdır, çünki hələ gələcəyin haqqında heç nə bilmirsən...
— Burada qalmağımız bizimçün çox önəmlidir. Olum-ölüm kimi...
— Sən çox yaxşı oxuyursan, sənə uğurlar diləyirəm. 

Studiya:
— Sən İsveçdə yalnız 1 il yaşamağına baxmayaraq belə gözəl danışa bilirsən. LaGaylia(juridə oturan qarabəniz xanımı nəzərdə tutur) İsveçdə 30 ildir yaşayır, amma sənin kimi danışa bilmir... İbrahim, sənin cəmi 17 yaşın var, sənə belə bir sualım var, gələcəyin haqqında nə fikirləşirsən?
— Bu bir il ərzində biz migrasiya tərəfindən neqativ qərar almışıq. Amma mənim ən böyük arzum İsveçdə yaşamaqdır. 
— Musiqi sənin üçün nədir?
— Musiqi mənimçün həyatdır... 
— O zaman sən oxu, biz də dinləyək...
 Tərcümə etdi: Rahim Sadıqbəyli

Xudaferin.eu tv4.se saytına istinadən sizə həmin çıxışı təqdim edir:

Xudaferin.eu

12:25