Azərbaycanlı fəhlələrin olduğu lift 12 metrlik hündürlükdən yerə çırpılıb

Rusiyanın Voloqda vilayətinin Çerepovets şəhərində yük lifti 12 metrlik hündürlükdən yerə çırpılıb. Məlumata əsasən, liftdə olan 6 fəhlədən bəziləri Azərbaycan vətəndaşları olub.

Xudaferin.eu virtualaz.org-a istinadən xəbər verir ki, ağır xəsarət alan fəhlələr xəstəxanaya çatdırılıb.

Fəhlələr liftlə metal lövhələri daşıyırmışlar. 47 yaşlı Familin onurğa sütunu sınıb. Faciədə o, özünü günahlandırır – texniki təhlükəsizlik qaydalarını pozub.

Qeyd olunur ki, lift insanları daşımaq üçün nəzərdə tutulmayıbmış.

Hüquq-mühafizə orqanları hadisənin təfərrüatlarını araşdırır.

Xudaferin.eu

12:25